Xavidən Sneyderə dəstək

Xavidən Sneyderə dəstək
DÜNYA FUTBOLU 10 Dekabr 2010 / 14:13 2311
-  A +


İspaniya millisinin və “Barselona” klubunun aparıcı futbolçusu olan Xavi Hernandez “Qızıl top” mükafatına namizədlər sırasında “İnter”in yarımmüdafiəçi Uesli Sneyderin adının olmamasına öz münasibətini bildirib. Qol.Az-ın məlumatına görə, Xavi hollandiyalı futbolçunun bu mükafatdan kənar qalmasına təəccübləndiyini dilə gətirib: “ Sneyder çox mükəmməl bir futbolçudur. Ötən mövsüm həm “İnter”lə Çempionlar Liqasında, həm də Hollandiya millisinin heyətində dünya çempionatında əzmkar oyunu ilə yadda qalmışdı. Lakin çox təəssüf ki, bu cür futbolçu mükafatçılar sırasına düşə bilməyib. Düşünürəm ki, məhz belə futbolçulara daha çox diqqət və qayğı göstərilməlidir”. 
Qeyd edək ki, “Qızıl top” mükafatına Xavi ilə yanaşı “Barselona”nın daha iki futbolçusu Andres İniyesta və Leyonil Messi də namizəddir.

Son xəbərlər