Teymur Rəcəbov İddiaçılar Turnirini qələbə ilə başa vurdu

Teymur Rəcəbov İddiaçılar Turnirini qələbə ilə başa vurdu
ŞAHMAT 4 İyul 2022 / 22:05 3126
-  A +

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində sonuncu oyununu keçirib.

Qol.az xəbər verir ki, 35 yaşlı qrossmeyster sonuncu-14-cü turda qara fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Rəcəbov 33-cü gedişdə rəqibini məğlub edib. Beləliklə, xalını 7,5-ə çatdıran təmsilçimiz hələlik turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turnirin qalibi rusiyalı Yan Nepomnyaşi qalibi olub. O, şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

topaz banner