U-20 Avropa çempionatında uğurlu çıxış edən gənc qızlardan ibarət güləş yığmamız vətənə qayıdıb.
Qol.az xəbər verir ki, qitə birinciliyində 2 qızıl və 2 bürünc medal qazanan və 92 xalla komanda hesabında 5-ci yeri tutan milli üzvlərini Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançıların yaxınları və yeniyetmə güləşçilər qarşılayıb.
Həsrət Məmmədyarov, böyük məşqçi: "Komandanın çıxışını əla dəyərləndirirəm. Mən deyərdim ki, qızlar böyük şücaət, mərdlik göstərdilər. Özlərindən güclü rəqiblərə qalib gəldilər. Komandamla fəxr edirəm. Halal olsun. Qızlarımıza gələcək yarışlarda uğurlar arzulayıram. Çalışacağıq ki, dünya çempionatına da yaxşı hazırlaşaq".
Elnurə Məmmədova, Avropa çempionu: "Çox şükürlər olsun. Çox sevinirəm. İnanıram ki, daha böyük yarışlarda daha böyük nəticələr əldə edə bilərəm. Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Həsrət müəllim sağ olsun. Mən özümə inanmadığım vaxtda belə o mənə inandı. Əlimdən tutub məni qaldırdı. Ailəmə təşəkkürümü bildirirəm. Sonuncu təlim-məşq toplanışımız Astarada keçdi. Olimpiya İdman Kompleksində hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Avqustda əvvəlcə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Alınsa, həmin yarışdan sonra dünya çempionatında iştirak edəcəyik. Çalışacağam ki, orada da ümidləri doğruldum".
Birgül Soltanova, Avropa çempionu: "Çox sevincliyəm. Sevincimin həddi-hüdudu yoxdur. Prezidentimizə, federasiyamızın rəhbərliyinə, yığma komandanın məşqçilərinə, şəxsi məşqçimə, mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Astara Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçmişdik. Türkiyədə də hazırlıq prosesi olmuşdu. 2019-cu ildə İtaliyada U-17 Avropa çempionatında bürünc medal qazanmışdım. Bu il yenidən İtaliyada uğur qazandım. U-20 Avropa çempionatının qalibi oldum".
Qeyd edək ki, qızlardan ibarət millimiz U-20 Avropa çempionatları tarixində həm medalların əyarına, həm də toplanan xallara görə özünün ən yaxşı nəticəsinə imza atıb. Romada Elnurə Məmmədova (55 kq) ilə Birgül Soltanovanın (62 kq) qızıl, Əsmər Canqurtaran (50 kq) və Mərziyə Sadıqovanın (72 kq) isə bürünc medal qazandığını xatırlatmaq yerinə düşər.
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi