Rıdvan Dilmən Türkiyə millisini çalışdıra bilər

Rıdvan Dilmən Türkiyə millisini çalışdıra bilər
DÜNYA FUTBOLU 4 Dekabr 2010 / 16:23 2303
-  A +

Türkiyənin tanınmış futbol şərhçisi Rıdvan Dilmən ölkəsinin milli komandasında baş məşqçi işləmək istədiyini deyib. Qol.Az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, o, təklif gələrsə düşünmədən yığmanın sükanı arxasına keçə biləcəyini deyib.
Bundan əlavə Rıdvan Dilmən özünü Türkiyə tarixinin ən istedadlı futbolçusu adlandırıb.
Qeyd edək ki, Rıdvan Dilmən karyerası ərzində Türkiyənin iddialı klublardan olan “Fənərbağça”nın formasını geyinib. O, “sarı-lacivərli” forma ilə iki il çıxış edib.

Son xəbərlər