“Düşündüyümüz kimi ağır oyun alındı. “Neftçi”ni təqdim etməyə ehtiyac yoxdur. Heyəti usta futbolçulardan təşkil olunub. Amma komanda olaraq “Neftçi” ilə layiqli mübarizə apardıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Komanda verilən tapşırığı yerinə yetirdi".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 26-cı turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Qarşıda iki oyunumuz qalıb. Bunlar final matçlarıdır. Komanda kimi bu oyunlara köklənib maksimum nəticə qazanmağa çalışacağıq". Xüsusilə də azarkeşlərə təşəkkür edirəm. Möhtəşəm idilər. Sonadək dəstək olsunlar, onları sevindirərik. Mən Emil Səfərovu fərqləndirməzdim. O, komandanın bir üzvüdür. Üzərinə nə düşürsə, maksimumu yerinə yetirməyə çalışmalıdır və borcludur. Heyətimizdə Emildən də dəyərli futbolçular var ki, zədəli ola-ola da hər şeyini meydanda qoyurlar. Xüsusilə də Urfan Abbasovu fərqləndirərdim. Böyük xarakterə və böyük ürəyə sahib futbolçudur. Bu zədəylə heç bir futbolçu oynamazdı. Amma Urfan 90 dəqiqə meydanda oldu. Asif Məmmədov nəinki meydançada, məşq prosesində də ən yaxşılardan biridir. Futbolda yaşa deyil, futbolçunun durumuna baxmaq önəmlidir. Asif hamıya göstərir ki, o yaşda da yüksək səviyyədə futbol oynamaq olar” - deyə o bildirib.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu