Frans Bekkenbauer: “FİFA-nın bu addımı yeni qalmaqala səbəb olacaq”

Frans Bekkenbauer: “FİFA-nın bu addımı yeni qalmaqala səbəb olacaq”
DÜNYA FUTBOLU 30 Noyabr 2010 / 17:53 2488
-  A +

Xəbər verdiyimiz kimi, dekabr ayının 2-də FİFA 2018 və 2022-ci illərdə dünya çempionatının hansı ölkədə keçiriləcəyilə bağlı qəti qərarını açıqlayacaq. Qol.Az-ın məlumatına görə, FİFA İcraiyyə Komitəsinin üzvü Frans Bekkenbauer bildirib ki, hər iki mundialın ev sahibi olacaq ölkələrin adının eyni zamanda açıqlanması çox yalnış addımdır: “Əlbəttə, 2018 və 2022-ci illər mundiallarına ev sahibliyi edəcək ölkələrin adlarının açıqlanmasını hər kəs səbrsizliklə gözləyir. Lakin bu haqda qərarın eyni gündə açıqlanması məqsədəuyğun deyil. Çox güman ki, FİFA-nın bu addımı yeni qalmaqala səbəb olacaq. Bunu artıq hər kəs söyləyir. Elə bir neçə müddət əvvəl FİFA-da rüşvət qalmaqalının böyük səs-küyə səbəb olması da buna əyani sübutdur”.
Qeyd edək ki, 2018-ci il mundialına Rusiya, İngiltərə, Hollandiya, Belçika, İspaniya və Portuqaliya, 2022-ci il mundialına isə Qatar, Yaponiya, Cənubi Koreya, Avstraliya və ABŞ kimi ölkələr ev sahibliyi etmək uğrunda mübarizə aparırlar.


Son xəbərlər
21.12.24  17:52

Tovuzda heç-heçə

21.12.24  13:57

Sane qərarını verdi