Bu gün Azərbaycanın son 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
Qol.az xəbər verir ki, Murad Məmmədov (60 kq) 1/8 finalda Daniel Bobilyoya (İspaniya), Məmmədov 1/4 finalda Vitali Yeriomenkoya (Moldova) qalib gəlib Murad yarımfinalda türkiyəli Kerem Kamala uduzub. Həmyerlimiz bürünc medal uğrunda güləşəcək. Rəqib Razvan Arnaut (Rumıniya) - Helari Maeqisalu (Estoniya) görüşünün qalibi olacaq.
Həsrət Cəfərov (67 kq) 1/8 finalda Vitalis Lazovskiyə (Almaniya), daha sonra Mateuş Bernatekə (Polşa) qalib gəlib. O, finalın bir addımlığında türkiyəli Murat Firara məğlub olub - 0:2. Cəfərov serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşəcək.
Ülvi Qənizadə (72 kq) ilk görüşdə Samuel Belşeididən (Almaniya), 1/4 finalda Deyvid Dimitrovdan (Bolqarıstan) üstün olub. O, yarımfinalda Şmaqi Bolkvadzeyə (Gürcüstan) uduzub və bürünc medal üçün yarışacaq. Rəqib Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) qarşılaşmasının qalibi olacaq.
Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu Rafiq Hüseynov (82 kq) ilk döyüşdə Petr Novakı (Çexiya), 1/4 finalda Tamaş Levayı (Macarıstan), yarımfinalda Mixail Braduyu (Moldova) məğlub edərək finala adını yazdırıb. 33 yaşlı Hüseynovun həlledici görüşdə rəqibi gürcü Gela Bolkvadze olacaq.
Murat Lokyayev (97 kq) 1/8 finalda Arvi Savolaynenə (Finlandiya) uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün millimizin üzvü 3-cü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. Lokyayev təsəlliverici görüşdə yunan Laokratis Kesidislə qarşılaşacaq.
Təsəlliverici və medal qarşılaşmaları aprelin 3-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə