Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizə mübarizəyə başlayıb.
Qol.az xəbər verir ki, 77 kq-da çıxış edən Sənan Süleymanov 1/8 finalda İlye Kojokariyə (Rumıniya) qalib gəlib. O, 1/4 finalda Malkhas Amoyana (Ermənistan) uduzub. Amoyan finala çıxdığı üçün idmançımız təsəlliverici görüşə çıxacaq.O, Mantas Kazimieras Sinkeviçius (Litva) - Denis Horvat (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
87 kq-da yarışan İslam Abbasov 1/8 finalda Matey Mandiçi (Xorvatiya), , 1/4 finalda Zurab Datunaşvilini (Serbiya) məğlub edib. Ancaq o, yarımfinalda Niku Samuel Ojoqa (Rumıniya) uduzduğu üçün 3-cü yer uğrunda döyüşəcək. İdmançımız Metehan Başar (Türkiyə) - Yohan Danielov Dimitrov (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Mixaylo Vişnivetskini (Ukrayna), 1/4 finalda erməni David Ovasapyan üzərində inamlı qələbə qazanıb. Kandelaki yarımfinalda Rza Kayaalpa (Türkiyə) uduzub. İdmançımız bürünc uğrunda görüşdə Alin Aleksuk-Çurariu - Dariuş Attila Vitek (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
63 kq çəki dərəcəsindəki Taleh Məmmədov ilk görüşdə Ahmet Uyara (Türkiyə) , yarımfinalda Hraçya Poqosyana (Ermənitsan) qalib gəlib. Həmyerlimizin finaldakı rəqibi gürcüstanlı Leri Abuladze olacaq.
Mübarizəyə 1/4 finaldan start verən Eldəniz Əzizli (55 kq) Denis Mihaya, yarımfinalda erməni Rudik Mkrtçyanı məğlub edib. Pəhləvanımız 4 illik fasilədən sonra ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşacaq.
Qeyd edək ki, qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə