Çempionlar liqasında növbəti turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, turun ilk oyun günündə bir neçə komandanın taleyinə aydınlıq gəlib. “E” qrupunun favoritlərindən sayılan “Roma” daha öncə qrupu birinci bitirməyi dəqiqləşdirmiş “Bavariya” ilə doğma meydanda qarşılaşıb. İlk hissədən sonra hesabda iki top fərqi ilə geridə olan İtaliya klubu ikinci hissədə vurduğu qollarla əzmkar qələbə qazanıb. Günün ilk qarşılaşması “F” qrupunda baş tutub. Marsel “Olimpik”i səfərdə “Spartak”ı darmadağın etməklə növbəti mərhələ üçün vəsiqəni təmin edib. Bunu ötən turdan dəqiqləşdirmiş “Çelsi” isə doğma meydanda “Jilina”ya qalib gəlib. Maraq doğuran qarşılaşmalardan biri “G” qrupunun iştirakçıları – “Ayaks” və “Real” arasında Hollandiyada baş tutub. Bu qarşılaşmada inamlı qələbə qazanan Madrid “Real”ı qrup mərhələsini lider bitirməyi təmin edib. “Milan” da səfər meydanında qalib gəlib. Fransada yerli “Oser”lə qarşılaşan “Milan” ikinci hissədə vurduğu qollarla qələbə qazanıb və növbəti mərhələyə keçmək məsələsini həll edib. Turun ən əsas sensasiyası isə“H” qrupunda qeydə alınıb. Səfərdə “Braqa” ilə qarşılaşan “Arsenal” gözlənilmədən məğlub olub. Portuqaliya klubu isə qazanılan bu qələbə ilə “Arsenal”la xalları bərabərləşdirib. Digər tərəfdən isə “Şaxtyor” da bu fürsəti əldən verməyib. Səfərdə “Partizan”la qarşılaşan Ukrayna klubu inamlı qələbə qazanıb və qrupda liderliyi ələ keçirib. Qeyd edək ki, "H" qrupunda "Partizan" istisna olmaqla bütün komandaların növbəti tura keçmək şansı davam edir. Çempionlar liqasında “A”, “B”, “C”, “D” qruplarının matçları isə dünən keçirilib. Türkiyənin ÇL-dəki yeganə təmsilçisi "Bursaspor" "Valensiya"nın qonağı olub. Ev sahibi böyükhesablı qələbə qazanaraq hesabındakı xalları 10-a çatdırıb və növbəti mərhələyə vəsiqəni təmin edib. "Bursaspor" isə ÇL-dəki ilk qolunu vursa da, biabırçı məğlubiyyətdən qaça bilməyib. Digər tərəfdən isə bu qələbə "Valensiya"nın Çempionlar liqasındakı ən irihesablı qələbəsi kimi tarixə düşüb. "Mançester Yunayted" səfərdə qələbə qazanaraq növbəti mərhələyə keçmək məsələsini qrup mərhələsinin sonuna bir tur qalmış həll edib. Türkiyə çempionunun isə hələ də xalı yoxdur.
Çemionlar Liqası
Qrup mərhələsi
24 noyabr
“A” qrupu
“İnter” – “Tvente” – 1:0
Qol: Kambiasso, 55
“Tottenhem” – “Verder” – 3:0
Qollar: Kaboul, 6. Modriç, 45. Krauç, 79
| 1 | "Tottenhem" |
5 | 3 | 1 | 1 | 15-8 | 10 |
| 2 | "İnter" |
5 | 3 | 1 | 1 | 12-8 | 10 |
| 3 | "Tvente" |
5 | 1 | 2 | 2 | 6-8 | 5 |
| 4 | "Verder" |
5 | 0 | 2 | 3 | 3-12 | 2 |
“B” qrupu
“Şalke” – “Olimpik” (Lion) – 3:0
Qollar: Farfan, 13. Huntelaar, 20, 89.
“Hapoel” – “Benfika” - 3:0
Qollar: Zahavi, 24, 90. Da Silva, 74
| 1 | "Şalke" |
5 | 3 | 1 | 1 | 8-2 | 10 |
| 2 | "Olimpik" (Lion) |
5 | 3 | 0 | 2 | 8-8 | 9 |
| 3 | "Benfika" |
5 | 2 | 0 | 3 | 6-10 | 6 |
| 4 | "Hapoel" |
5 | 1 | 1 | 3 | 5-7 | 4 |
“C” qrupu
“Reyncers” – “Mançester Yunayted” – 0:1
Qol: Runi, 87
“Valensiya” – “Bursaspor” – 6:1
Qollar: Mata, 17-pen. Soldado, 21, 55. Aduriz, 30. Sançes, 37. Dominqes, 78 - Batalla, 69
| 1 | "Mançester Yunayted" |
5 | 4 | 1 | 0 | 6-0 | 13 |
| 2 | "Valensiya" |
5 | 3 | 1 | 1 | 14-3 | 10 |
| 3 | "Reyncers" |
5 | 1 | 2 | 2 | 2-5 | 5 |
| 4 | "Bursaspor" |
5 | 0 | 0 | 5 | 1-15 | 0 |
“D” qrupu
“Rubin” – “Kopenhagen” – 1:0
Qol: Noboa, 45-pen
“Panatinaikos” – “Barselona” – 0:3
Qollar: Pedro, 27, 69. Messi, 62
1
"Barselona"5
3
2
0
12-3
11
2
"Kopenhagen"5
2
1
2
4-4
7
3
"Rubin"5
1
3
1
2-2
6
4
"Panatinaikos"5
0
2
3
1-10
2
23 noyabr
“E” qrupu
“Roma” – “Bavariya” – 3:2
Qollar: Boriello, 49. De Rossi, 81. Totti, 84-pen. – Mario Qomes, 34. 39
“Bazel” – ÇFR – 1:0
Qol: Almerares, 15
Matçın 88-ci dəqiqəsində qonaqların üzvü Pikolo meydandan qovulub.
| 1 | "Bavariya" |
5 | 4 | 0 | 1 | 13-6 | 12 |
| 2 | "Roma" |
5 | 3 | 0 | 2 | 9-10 | 9 |
| 3 | "Bazel" |
5 | 2 | 0 | 3 | 8-8 | 6 |
| 4 | ÇFR |
5 | 1 | 0 | 4 | 5-11 | 3 |
“F” qrupu
“Spartak” – “Olimpik” (Marsel) – 0:3
Qollar: Valbuena, 18. Remi, 54. Brandao, 68
Matçın 64-cü dəqiqəsində “Spartak”ın üzvü Velliton qırmızı vərəqə ilə cəzalandırılıb.
“Çelsi” – “Jilina” – 2:1
Qollar: Staric, 51. Maluda, 86 – Bello, 19
| 1 | "Çelsi" |
5 | 5 | 0 | 0 | 14-3 | 15 |
| 2 | "Marsel" |
5 | 3 | 0 | 2 | 11-3 | 9 |
| 3 | "Spartak" |
5 | 2 | 0 | 3 | 5-9 | 6 |
| 4 | "Jilina" |
5 | 0 | 0 | 5 | 2-17 | 0 |
“G” qrupu
“Ayaks” – “Real” – 0:4
Qollar: Benzema, 36. Arbeloa, 44. K.Ronaldo, 70. 81-pen
Matçın 87 və 90-cı dəqiqəsində “Real”ın futbolçuları, müvafiq olaraq, Xavi Alonso və S. Ramos meydandan qovulub.
“Oser” – “Milan” – 0:2
Qollar: İbrahimoviç, 65. Ronaldinyo, 90
| 1 | "Real" |
5 | 4 | 1 | 0 | 11-2 | 13 |
| 2 | "Milan" |
5 | 2 | 2 | 1 | 7-5 | 8 |
| 3 | "Ayaks" |
5 | 1 | 1 | 3 | 4-10 | 4 |
| 4 | "Oser" |
5 | 1 | 0 | 4 | 3-8 | 3 |
“H” qrupu
“Braqa” – “Arsenal” – 2:0
Qollar: Mateus, 83. 90
“Partizan” – “Şaxtyor” – 0:3
Qollar: Stepanenko, 52. Yadson, 59. Eduardo, 68
| 1 | "Şaxtyor" |
5 | 4 | 0 | 1 | 10-6 | 12 |
| 2 | "Arsenal" |
5 | 3 | 0 | 2 | 15-6 | 9 |
| 3 | "Braqa" |
5 | 3 | 0 | 2 | 5-9 | 9 |
| 4 | "Partizan" |
5 | 0 | 0 | 5 | 1-10 | 0 |
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama