“Legiya”nın idman direktoru Yatsek Zelinski komandanın futbolçusu Mahir Emreli ilə bağlı açıqlama verib.
Qol.az sport.tvp.pl saytına istinadən xəbər verir ki, Polşa klubunun rəsmisi Mahirlə bağlı hüquqi işlərin davam etdiyini söyləyib: “Məşqlərə qatılmamaqla şəxsi məqsədlər üçün istifadə etmək ağılsızlıqdır. Bu, ilk növbədə futbolçunun özünə ziyandır. Emreli əvvəlkitək bizim oyunçudur”.
Komandanın baş məşqçisi Aleksandr Vukoviç isə bildirib ki, Emreli əvvəlkitək “Legiya”nın futbolçusudur: “Onunla indi əlaqəmiz olmasa da, o, müqavilə ilə “Legiya”ya məxsusdur”.
Bu arada Türkiyənin “Milliyyət” qəzeti “Başakşehir” klubunun Mahir Emreli ilə razılığa gəldiyini iddia edib. Bundan sonra isə “Legiya”nın razılığı alınmalıdır ki, türklər artıq Varşava təmsilçisinə müraciət edib. “Başakşehir”in Mahiri hüquqi problem olmadan heyətinə cəlb etmək istədiyi və buna görə 750 min avro ödəməyə hazır olduğu da bildirilib.
Polşa mediası isə yazır ki, “Legiya” həqiqətən də “Başakşehir”dən rəsmi təklif alıb. Amma təklif olunan məbləğ Polşa çempionunu qane etmir. Varşava klubu daha çox pul istəyir. Məlumata görə, Mahirlə bağlı durumu izləyən klub təkcə “Başakşehir” deyil.
“Bizdə olan məlumata görə, “Legiya” digər klublardan da təklif alıb. Amma bu təkliflər “Legiya”nın istədiyi kimi deyil” – deyə sport.tvp.pl saytı yazıb.
Qeyd edilir ki, Mahirin transfer qiyməti 3 milyon avro təşkil edir. Lakin klub 1 milyon avro güzəşt etməyə hazırdır. Yazıda həmçinin vaxtın azaldığı, qış transfer müddətinin sona yaxınlaşmaqda olduğu da xatırladılıb: “Futbolçu “Legiya”dan getmək istəyir. Klub isə onu pulsuz buraxmaq niyyətində deyil. Yanvarın sonunda isə bir çox liqada transfer pəncərəsi bağlanır”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi