“Bilirəm ki, 20 yanvar Azərbaycan tarixində xüsusi gündür. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onlar heç vaxt unudulmayacaqlar".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futzalçısı Qallo federasiyanın rəsmi saytına açıqlamasında deyib. Avropa çempionatı ilə əlaqədar yığmanın heyətində Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da ilk məşqinə çıxan braziliyalı legioner gündən-günə daha yaxşı formaya düşdüklərini bildirib.
O, qrup mərhələsində Gürcüstana qarşı ilk matça kökləndiklərini söyləyib: "Son bir həftədə daha intensiv hazırlıq keçmişik. Yoldaşlıq oyunu keçirməyimiz də yaxşı oldu. Zəif tərəflərimizi gördük və qısa vaxtda sürətli şəkildə aradan qaldırmağa çalışırıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız çempionat üçün darıxmışıq. Əminəm ki, yaxşı çıxış edəcək və uğur qazanacağıq. Bura o məqsədlə gəlmişik. Tapşırığımız məlumdur - minimum vəzifəmiz qrupdan çıxmaqdır".
Qallonun fikrincə, Azərbaycan yığması Avropa çempionatının oyunlarına hazırdır: "Düzdür, qarşıda daha 2 məşqimiz var. İndi ancaq taktiki planda və standartlar üzərində çalışırıq. İşimiz pis alınmır. Hər məşq yaxşı olmaq baxımından bizə kömək edir. Xırda detallar qalıb ki, onu da tamamlayacağıq. Bu əsasən standartlarla bağlıdır. Avropa çempionatında zəif komanda, rəqib olmur. Bura seçmə mərhələdə güclü olanlar qatılır. Çempionat buna görə digər qitələr üçün də maraqlıdır. Azərbaycan millisinin formasını geyinməkdən, bu komanda ilə uğur qazanmaq üçün mübarizə aparmaqdan məmnunam. Qrupumuzda fərqli oyun üslubuna və gücə malik komandalar yer alıb. Biz keçirdiyimiz son yoldaşlıq oyunlarında yaxşı nəticələr qazana bilməsək də, rəsmi görüşlərdə bunları unutduracağıq".
"Çempionatın daha çox komandanın iştirakı ilə keçirilməsi də marağı artıran məqamdır. Futzal bayramı daha çox müddəti əhatə edəcək, Oyunlar arasında fasilə - deməli, bərpa və hazırlaşmaq müddəti də çox olacaq” deyə 34 yaşlı müdafiəçi fikirlərini tamamlayıb.
Qeyd edək ki. D qrupunda yer alan Azərbaycan millisi Gürcüstanla yanvarın 22-də üz-üzə gələcək. Yanvarın 26-da rəqib İspaniya, Yanvarın 29-da isə Bosniya və Herseqovina olacaq.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Hasan Şaş saxlanıldı
“Qartal” “Marsel”i belə “parçaladı” - Video
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avroliqa
"Mançester Siti" növbəti mərhələdə
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı