Milanda qol dueli sülhlə bitdi, "Şaxtyor" "Arsenal"dan qisas aldı

Milanda qol dueli sülhlə bitdi, "Şaxtyor" "Arsenal"dan qisas aldı
DÜNYA FUTBOLU 4 Noyabr 2010 / 02:32 3979
-  A +

UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü turun oyunlarına start verilib. İlk oyun günündə A, B, C və D qruplarında mübarizə aparan kollektivlər mübarizəyə başlayıb. Öz qrupuna vahid liderlik edən ÇL-in son qalibi “İnter” son turda çətinliklə yendiyi “Tottenhem”lə səfər matçında ən azı 1 xal qazanmağa çalışıb, ancaq buna nail ola bilməyib. Belə ki, ilk matçda olduğu kimi yenə də Qaret Beylin qarşısını almaqda böyük çətinlik çəkən "İnter" meydandan məğlub ayrılıb və qrup liderliyini ingilislərə vermək məcburiyyətində qalıb. Qrup sonuncuları olan “Verder”lə “Tvente” isə öz aralarındakı münasibətlərə Bremendə aydınlıq gətiriblər. Son turda ölkə çempionatında qələbə qazanaraq vahid lider olan "Tvente" uğurlu çıxışını ÇL-də də davam etdirib. B qrupunun itkisiz irəliləyən vahid lideri – Lion “Olimpik”i isə səfərdə “Benfika”ya müqavimət göstərə bilməyib, ancaq əsas rəqibinin də xal itirməsi onun qrup liderliyini qorumağına imkan verib. Qələbə və xal üzünə həsrət “Hapoel” isə “Şalke”ylə ev oyununda uğursuz seriyaya son qoymağa çalışıb və istədiyinə qismən də olsa, nail olub. Komandalar hərəyə bir xalla kifayətləniblər.
C qrupunda isə Azərbaycan futbolsevərlərinin daha çox maraqlandığı “Bursaspor” doğma arenada qrupun əsas favoriti və lideri “Mançester Yunayted”i qəbul edib. Lakin qardaş ölkə çempionu sürprizə imza ata bilməyib. Qarşılaşmada açıq-aşkar üstün tərəf olan ingilislər rahat qələbə qazanıblar. “Valensiya” isə ötən tur heç-heçəyə razılaşdığı “Reyncers”lə ev oyununda böyük hesablı qələbə qazanmaqla, qrup ikinciliyini ələ keçirib. Öz qrupuna liderlik edən “Barselona” səfərdə “Kopenhagen”lə qarşılaşıb. İspaniya La Liqasının son turunda inamlı qələbə qazanan kataloniyalılar bu dəfə çətin Danimarka səfərində meydandan üç xalla ayrıla bilməyiblər. "Rubin" isə "Panatinaikos"un qapısına yol tapa bilməyib.
Dünən gecə isə E qrupunun lideri “Bavariya”nı ÇFR-lə səfərdə qarşılaşıb. Almanların üstünlüyü ilə keçən qarşılaşmada sensasiya qeydə alınmayıb və səfərdə oynamasına baxmayaraq "Bavariya" inamlı qələbə qazanıb. Romada “Bazel”ə məğlub olan İtaliyanın paytaxtını təmsil edən eyni adlı komandası isə İsveçrədə həmin yenilginin əvəzini çıxmaq niyətində idi. Bol qollu matç olaraq yadda qalan qarşılaşmada Roma təmsilçisi qələbə qazanıb. “Çelsi” doğma meydanda əsas izləyicisi “Spartak”la qarşı-qarşıya gəlib və asan qələbəyə sevinib. “Jilina” isə Marsel “Olimpik”iylə dueldə ilk xalını qazanmağa çalışıb ancaq biabırçı məğlubiyyətlə üzləşib. “Ölüm qrupu”nda isə “Milan” “Real”la prinsipial qarşılaşmada son oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Matçın gedişatında açıq-aşkar üstün tərəf olaraq nəzərə çarpan ispanlar hesabda önə keçdiyi qarşılaşmada nəinki qələbəni qoruya bilməyiblər, hətta məğlubiyyətdən son saniyələrdə xilas olublar. "Real"ın futbolçuları Pepe və Kasilyasın, eləcə də "Milan"ın vurduğu ikinci qolda oyundankənar vəziyyəti qeydə almayan yan hakimin kobud səhvləri ilə müşahidə olunan qarşılaşma sülhlə başa çatıb. Bu qrupun xal üzünə həsrət yeganə komandası – “Oser” isə doğma azarkeşlər qarşısında “Ayaks”a qalib gələrək ilk xallarını qazanıb. H qrupunun eyni aqibətli komandası “Partizan” isə “Braqa”yla ev oyununda ilk xalını qazanmaq istəsə də, buna nail ola bilməyib. “Şaxtyor” isə “Arsenal”a səfərdəki biabırçı yenilginin əvəzini çıxmağa çalışıb. Oyunun gedişində hesabda geri düşən Ukrayna təmsilçisi özündə güc taparaq güclü rəqibi qarşısında əzmkar qələbə qazanıb.

Çempionlar Liqası
Qrup mərhələsi
2 noyabr

A qrupu

“Tottenhem” (İngiltərə) - “İnter” (İtaliya) - 3:1

Qollar : Van der Vaart, 18. Krouç, 61. Pavlyuçenko, 89 - Eto'o, 80

“Verder” (Almaniya) - “Tvente” (Hollandiya) - 0:2

Qollar: Çadli, 81. De Yonq, 84

Matçın 76-cı dəqiqəsində almanların futbolçusu Frinqs meydandan qovulub.

1   "Tottenhem" 4 2 1 1 12-8 7
2   "İnter" 4 2 1 1 11-8 7
3   "Tvente" 4 1 2 1 6-7 5
4   "Verder" 4 0 2 2 3-9 2

 

B qrupu

“Benfika” (Portuqaliya) - “Olimpik” (Lion, Fransa) - 4:3

Qollar: Kardeç, 20. Koentrao, 32, 67. Qarsia, 42 - Kurkuff, 75. Qomis, 85. Lovren, 90

“Hapoel” (Təl-Əviv, İsrail) - “Şalke” (Almaniya) - 0:0

1   "Lion" 4 3 0 1 8-5 9
2   "Şalke" 4 2 1 1 5-2 7
3   "Benfika" 4 2 0 2 6-7 6
4   "Hapoel" 4 0 1 3 2-7 1

 

C qrupu

“Valensiya” (İspaniya) - “Reyncers” (Şotlandiya) - 3:0

Qollar: Soldado, 33. 71. Kosta, 90

“Bursaspor” (Türkiyə) - “Mançester Yunayted” (İngiltərə) - 0:3

Qolar: Fletçer, 48. Obertan, 73. Bebe 77

1   "Mançester Yunayted" 4 3 1 0 5-0 10
2   "Valensiya" 4 2 1 1 8-2 7
3   "Reyncers" 4 1 2 1 2-4 5
4   "Bursaspor" 4 0 0 4 0-9 0

 

D qrupu

“Rubin” (Rusiya) - “Panatinaikos” (Yunanıstan) - 0:0

“Kopenhagen” (Danimarka) - “Barselona” (İspaniya) - 1:1

Qollar: Klaudemir, 33 - Messi, 31

1   "Barselona" 4 2 2 0 9-3 8
2   "Kopenhagen" 4 2 1 1 4-3 7
3   "Rubin" 4 0 3 1 1-2 3
4   "Panatinaikos" 4 0 2 2 1-7 2

 

3 noyabr 

E qrupu

“Bazel” (İsveçrə) - “Roma” (İtaliya) - 2:3

Qollar: Fray, 69. Şakiri, 83 - Menez, 17. Totti 26-pen. Qreso, 76

Matçın 90-cı dəqiqəsində meydan sahiblərindən Stoker qırmızı vərəqə ilə cəzalandırılıb.

ÇFR (Rumıniya) - “Bavariya” (Almaniya) - 0:4

Qollar: Mario Qomes, 12. 24. 71. Müller, 90

1   "Bavariya" 4 4 0 0 11-3 12
2   "Roma" 4 2 0 2 6-8 6
3    ÇFR 4 1 0 3 5-10 3
4   "Bazel" 4 1 0 3 7-8 3

 

F qrupu

“Çelsi” (İngiltərə) - “Spartak” (Moskva, Rusiya) - 4:1

Qollar: Anelka, 49. Droqba, 62-pen. İvanoviç, 66.90 - Bajenov, 86

“Jilina” (Slovakiya) - “Olimpik” (Marsel, Fransa) - 0:7

Qollar: Jinyak, 12, 21, 54. Haynz, 24. Remi, 36. Luçyo Qonsales, 53, 63

1   "Çelsi" 4 4 0 0 12-2 12
2   "Spartak" 4 2 0 2 5-6 6
3   "Marsel" 4 2 0 2 8-3 6
4   "Jilina" 4 0 0 4 1-15 0

 

G qrupu

“Milan” (İtaliya) - “Real” (İspaniya) - 2:2

Qollar: İnzagi, 68, 78 - İquain, 45. Pedro Leon, 90.

“Oser” (Fransa) - “Ayaks” (Hollandiya) - 2:1

Qollar: Sanmaritano, 9. Lanyil, 83 - Alderveyreld, 79

1   "Real" 4 3 1 0 7-2 10
2   "Milan" 4 1 2 1 5-5 5
3   "Ayaks" 4 1 1 2 4-6 4
4   "Oser" 4 1 0 3 3-6 3

 

H qrupu

“Partizan” (Serbiya) - “Braqa” (Portuqaliya) - 0:1

Qol: Moises, 36

“Şaxtyor” (Ukrayna) - “Arsenal” (İngiltərə) - 2:1

Qollar: Çiqrinski, 28. Eduardo, 45 - Uolkot, 10

1   "Arsenal" 4 3 0 1 15-4 9
2   "Şaxtyor" 4 3 0 1 7-6 9
3   "Braqa" 4 2 0 2 3-9 6
4   "Partizan" 4 0 0 4 1-7 0


Son xəbərlər