“Liverpul”un baş məşqçisi Yurgen Kloppla bir jurnalist arasında söz atışması yaranıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə dünən “Portu”ya qarşı keçirilən Çempionlar Liqasının oyunundan (2:0) sonra baş verib.
Tərəflər arasında belə bir dialoq olub:
Jurnalist: Salam, Yurgen. Ötən mətbuat konfransında siz Afrika Millətlər Kubokunu kiçik turnir adlandırdınız. Fikrimcə, bu sözlərizdən Afrikadakı azarkeşlər, futbolçular və sadə insanlar inciyib. Məncə, siz bütün qitədən üzr istəməlisiniz.
Klopp: Stop, stop, stop. Mən bunu nəzərdə tutmurdum. Düzü, anlamıram ki, siz niyə belə hesab edirsiniz. Mənim həmin yarışı kiçik turnir və ya Afrikanı kiçik qitə adlandırmaq kimi bir niyyətim olmayıb. Əgər siz bütün mətbuat konfransına baxsanız, hər şeyi yaxşı başa düşəcəksiniz. Mən sadəcə onu nəzərdə tutmuşam ki, marta qədər hər hansı pauza olmayacaq. Və əlavə etdim ki, yanvarda böyük olmayan turnir keçiriləcək. Mən bu turniri kiçik adlandırmamışam. Sadəcə dedim ki, belə turnir olacaq. Bu, ironiya idi. Bu, bütün hallarda turnirdir. Böyük turnirdir. Buna görə də biz ən yaxşı oyunçularımızı itiririk.
Jurnalist: Siz Avropa haqda belə deməzdiniz. Buradakı yarışı kiçik turnir adlandırmazdınız.
Klopp: İngilis dili mənim doğma dilim deyil. Amma əgər siz məni səhv başa düşmək istəyirsinizsə, bunu həmişə edə bilərsiniz. Mən bilirəm ki, heç vaxt belə fikirləşmərəm. Başa düşmürəm, sizdə niyə belə fikir yaranıb. Bu, normal deyil.
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı