Türkiyənin “Qalatasaray” klubu ilə ötən həftə yollarını ayırmış Frank Raykaardın “Liverpul”dan təklif aldığı söylənilirdi. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssislə maraqlanan daha bir klubun adı açıqlanıb. Bu, son zamanlar uğursuz nəticələrlə diqqəti cəlb edən “Roma”dır. İtaliya klubunun hazırkı baş məşqçisi Klaudio Ranyeri ilə işləri qaydasında getmir. Məhz bu səbəbdən məşqçi axtarışında olan romalılar Raykaardla maraqlanır. Məlumatda bildirilir ki, artıq “Roma” rəhbərliyi Raykaardın meneceri ilə danışıqlar aparır. Bu barədə açıqlama verən menecer Perri Overeem bildirib ki, “Roma” rəhbərliyi hələki rəsmi bir təkliflə müraciət etməyib: “Rəsmi bir təklif olmadığı üçün bu barədə mənim açıqlama verməyim düzgün deyil”. Raykaardın “Liverpul”a gedib-getməyəcəyi ilə bağlı da sualları cavablandıran Overeem bunları söyləyib: “Liverpul” ilə razılığa gəlməmişik. Raykaard “Qalatasaray”dan yeni ayrılıb, bunun üçün də hələ ki klub çalışdırmaq fikrində deyil. Hazırkı təklifləri daha sonra götür-qoy etməyi düşünürük”.
Xatırladaq ki, beynəlxalq futbol kontorları da artıq Raykaardın “Liverpul”un başına keçməsinə münasibət bildirib. Belə ki, Raykaardın “Liverpul”un təklifini qəbul etməsi 1.57 əmsalla qiymətləndirilib ki, bu da bir çox futbol azarkeşi tərəfindən hollandiyalı mütəxəssisin təklifi qəbul edəcəyi kimi dəyərləndirilir.
Mbappe: Dembele "Qızıl Top"a layiqdir"
PSJ-dən ayrıldı, Qətər klubuna keçdi
Millimiz Avropa kubokundan gümüş medalla qayıdır
Gürcüstan millisindən böyükhesablı qələbə
Azərbaycan 2-ci Liqasında 1-ci tur başa çatdı
Ali Koçdan baş məşqçi açıqlaması
“Qarabağ” Nərimanın durumunu açıqladı - Zədəsi ciddidir
Türkiyə - İspaniya oyunu Azərbaycanda da canlı yayımlanacaq
"Barselona"nın sabiq futbolçusu İran klubunda
"Bayer"in baş məşqçi vəzifəsinə əsas namizəd
Dembele Azərbaycan millisi ilə oyunu buraxacaq
"Beşiktaş" "Liverpul"un hücumçusunu istəyir
Azərbaycan - Ukrayna matçının hakimləri açıqlandı
Azərbaycanın üç boksçusu rinqə çıxır - Dünya çempionatı
Nəriman Axundzadə millinin heyətindən çıxarıldı
İngiltərə millisinin qələbəsi - Video
“Qalatasaray”ın 75 milyona aldığı Osimhen zədələndi
Messi: “Karyeramı bitirəcəyim an yaxınlaşır”
Yenidən qurulan Xankəndi stadionunda son durum - Video
Fransa millisində dəyişiklik
“Zirə”nin müdafiəçisi Nigeriyaya qarşı oynadı
İngiltərə və Portuqaliyadan qələbə - DÇ-2026
Rafinya "Disneyland Paris"i irqçilikdə günahlandırdı
"Arsenal"ın oyunçusu "Beşiktaş"a keçməyəcək
"Şamaxı" yoxlama oyunu keçirdi
"Trabzonspor" "Mançester Yunayted"lə razılaşdı
"Barselona" onunla yeni müqavilə imzalamaq niyyətində deyil
"Azərbaycanlılar antifutbol göstərirdilər"
2-ci Liqaya start verildi, 3 oyun keçirildi
Harri Maquayra Səudiyyə Ərəbistanından təklif