UEFA Avropa Liqasında 3-cü turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, qitənin yaşıl meydanlarında 12 qrupda yer alan 48 komandanın iştirakıyla 24 oyun baş tutub. Bir sıra maraqlı və prinsipial qarşılaşmalarla zəngin olan 3-cü turun bizlər üçün daha böyük maraq doğuran qarşılaşmalarından biri İstanbulda baş tutub. Qitənin ikinci dərəcəli klub turnirindəki yeganə Türkiyə təmsilçisi “Beşiktaş” bu dəfə özü kimi ilk iki oyunundan qələbəylə ayrılmış “Porto”yla qarşılaşıb. Lakin heyətində bir sıra önəmli itkiləri olan, xüsusilə aparıcı oyunçularından Quti və Kuaresmanın xidmətindən məhrum olan “qara qartallar” qrup liderliyi uğrunda mübarizədən məğlub ayrılıb. Rəqibin hətta azlıqda mübarizə aparması da qardaş ölkə təmsilçisinin məğlubiyyətdən yaxa qurtarmasına yetməyib. Beləcə “Beşiktaş” cari avrokubok mövsümündə ilk yenilgisiylə üzləşib. Türklərin buraxılan 3 topun əvəzində yalnız son saniyələrdə təsəlli qoluna gücü çatıb. Bu qrupun autsayderlərinin Sofiyadakı qarşılaşmasını isə qonaq komanda – “Rapid” qazanıb.
G qrupunda digər qonşu ölkə - Rusiya təmsilçisi “Zenit” isə ardıcıl 3-cü qələbəsini rəsmiləşdirməklə, itkisiz irəliləməkdə davam edir. Qrupun digər oyununda isə ilk iki matçında məğlub olan “Anderlext” bu uğursuz seriyaya AEK-lə evindəki dueldə son qoyub. H qrupunun favoriti “Ştutqart” da itkisiz irəliləyə bilib. Almanlar “Xetafe”ni məğlub etdiyi halda, qrupun kifayət qədər məhsuldar alınan digər oyununda “Yanq Boyz” “Odense” üzərində dramatik qələbəyə sevinib. “Sampdoriya”nın səfərdə “Metallist”ə yenilgisi gecənin sürpriz nəticələrindən biri kimi qeyd oluna bilər. PSV isə “Debretsen”lə səfər matçında sürpriz nəticənin qeydə alınmasına imkan verməyib. “Ukrayna”nın digər təmsilçisi “Karpatı” güclü “Sevilya” ilə ev oyununda minimal hesablı məğlubiyyətə üzüldüyü halda, “Qarabağ”ı avroliqadan kənarlaşdıran Dortmund “Borussiya”sı da PSJ ilə xalları yarı bölmək məcburiyyətində qalıb. K qrupunun hər iki oyunu isə sülhlə başa çatıb.
Avroliqanın son qalibi – Madrid “Atletiko”sunun nəhayət bu tur ilk qələbəsini qazanması da diqqətçəkən məqamlardan olub. Turnirin əsas favoritlərindən biri kimi göstərilən “Yuventus” isə 3-cü oyununda da heç-heçəylə barışmaq məcburiyyətində qalıb.
Avropa Liqası
Qrup mərhələsi
21 oktyabr
A qrupu
“Mançester Siti” (İngiltərə) - “Lex” (Polşa) – 3:1
Qollar: Adebayor, 13; 25; 73. – Tsibamba, 50.
“Zalsburq” (Avstriya) – “Yuventus” (İtaliya) – 1:1
Qollar: Svento, 36 – Krasiç, 47.
| 1 | "Mançester Siti" |
3 | 2 | 1 | 0 | 6-2 | 7 |
| 2 | "Lex" |
3 | 1 | 1 | 1 | 6-6 | 4 |
| 3 | "Yuventus" |
3 | 0 | 3 | 0 | 5-5 | 3 |
| 4 | "Zalsburq |
3 | 0 | 1 | 2 | 1-5 | 1 |
B qrupu
“Aris” (Yunanıstan) - “Bayer” (Almaniya) – 0:0
“Atletiko” (İspaniya) - “Rusenborq” (Norveç) – 3:0
Qollar: Qodin, 17. Aquero, 66. Kosta, 78.
| 1 | "Bayer" |
3 | 1 | 2 | 0 | 5-1 | 5 |
| 2 | "Aris" |
3 | 1 | 1 | 1 | 2-2 | 4 |
| 3 | "Atletiko" |
3 | 1 | 1 | 1 | 4-2 | 4 |
| 4 | "Rusenborq" |
3 | 1 | 0 | 2 | 2-8 | 3 |
C qrupu
“Lill” (Fransa) - “Levski” (Bolqarıstan) – 1:0
Qol: Çedyou, 49.
“Sportinq” (Portuqaliya) - “Gent” (Belçika) – 5:1
Qollar: Salomao, 7. Lyedson, 13; 27. Manişe, 37. Poştiqa, 60 – Uils, 17.
| 1 | "Sportinq" |
3 | 3 | 0 | 0 | 12-2 | 9 |
| 2 | "Lill" |
3 | 1 | 1 | 1 | 3-3 | 4 |
| 3 | "Levski" |
3 | 1 | 0 | 2 | 3-8 | 3 |
| 4 | "Gent" |
3 | 0 | 1 | 2 | 4-9 | 1 |
D qrupu
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Brugge” (Belçika) – 0:0
“Vilyarreal” (İspaniya) - PAOK (Yunanıstan) – 1:0
Qol: Ruben, 38.
| 1 | "Vilyarreal" |
3 | 2 | 0 | 1 | 3-3 | 6 |
| 2 | "Paok" |
3 | 1 | 1 | 1 | 3-3 | 4 |
| 3 | "Dinamo" |
3 | 1 | 1 | 1 | 3-2 | 4 |
| 4 | "Brugge" |
3 | 0 | 2 | 1 | 2-3 | 2 |
E qrup
“Alkmaar” (Hollandiya) - “Dinamo” (Kiyev, Ukrayna) – 1:2
Qollar: Falkenburq, 35 – Milevski, 16. Xaçeridi, 39.
“Şerif” (Moldova) - BATE (Belarus) – 0:1
Qol: Sosnovski, 9.
| 1 | BATE |
3 | 2 | 1 | 0 | 7-3 | 7 |
| 2 | "Dinamo" |
3 | 1 | 1 | 1 | 4-5 | 4 |
| 3 | "Alkmaar" |
3 | 1 | 0 | 2 | 4-7 | 3 |
| 4 | "Şerif" |
3 | 1 | 0 | 2 | 3-3 | 3 |
F qrupu
“Palermo” (İtaliya) – ÇSKA (Moskva, Rusiya) – 0:3
Qollar: Doumbia, 34; 59. Neçid, 82.
Matçın 23-cü dəqiqəsində ÇSKA-nın üzvü Love penaltidən yararlana bilməyib.
Matçın 75-ci dəqiqəsində “Palermo”nun oyunçusu Pastore qırmızı vərəqə alıb.
“Sparta” (Çexiya) - “Lozanna” (İsveçrə) – 3:2
Qollar: Vilfried, 10; 23. Kuçka, 20 – Meoli, 6. Steuble, 75.
| 1 | ÇSKA |
3 | 3 | 0 | 0 | 9-0 | 9 |
| 2 | "Sparta" |
3 | 1 | 1 | 1 | 6-8 | 4 |
| 3 | "Palermo" |
3 | 1 | 0 | 2 | 3-6 | 3 |
| 4 | "Lozanna" |
3 | 0 | 1 | 2 | 3-7 | 1 |
G qrupu
“Anderlext” (Belçika) - AEK (Yunanıstan) – 3:0
Qollar: Boussoufa, 31. Lukaku, 71. Yuhaş, 75.
“Zenit” (Rusiya) - “Hayduk” (Xorvatiya) – 2:0
Qollar: Buxarov, 25. Danni, 68.
| 1 | "Zenit" |
3 | 3 | 0 | 0 | 9-3 | 9 |
| 2 | "Anderlext" |
3 | 1 | 0 | 2 | 4-4 | 3 |
| 3 | AEK |
3 | 1 | 0 | 2 | 5-8 | 3 |
| 4 | "Hayduk" |
3 | 1 | 0 | 2 | 2-5 | 3 |
H qrupu
“Ştutqart” (Almaniya) – “Xetafe” (İspaniya) – 1:0
Qol: Marika, 29.
“Yanq Boyz” (İsveçrə) – “Odense” (Danimarka) – 4:2
Qollar: Ntsama, 25. Satter, 34. Degen, 61. Luliç, 74 – Utaka, 48. Sorensen, 84-pen.
| 1 | "Ştutqart" |
3 | 3 | 0 | 0 | 6-1 | 9 |
| 2 | "Yanq Boyz" |
3 | 2 | 0 | 1 | 6-5 | 6 |
| 3 | "Xetafe" |
3 | 1 | 0 | 2 | 2-4 | 3 |
| 4 | "Odense" |
3 | 0 | 0 | 3 | 4-8 | 0 |
I qrupu
“Debretsen” (Macarıstan) - PSV (Hollandiya) -1:2
Qollar: Mijadinoski, 35 – Engelaar, 40. Reys, 66.
“Metallist” (Ukrayna) - “Sampdoriya” (İtaliya) – 2:1
Qollar: Tayson, 38. Xavyer, 73 – Koman, 32.
Matçın 56-cı dəqiqəsində “Metallist”in oyunçusu Tayson qırmızı vərəqə alıb.
| 1 | PSV |
3 | 2 | 1 | 0 | 5-2 | 7 |
| 2 | "Metallist" |
3 | 2 | 0 | 1 | 7-3 | 6 |
| 3 | "Sampdoriya" |
3 | 1 | 1 | 1 | 3-3 | 4 |
| 4 | "Debretsen" |
3 | 0 | 0 | 3 | 1-8 | 0 |
J qrupu
“Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) – 1:1
Qollar: Nuri Şahin, 50-pen. – Çantome, 87.
“Karpatı” (Ukrayna) - “Sevilya” (İspaniya) – 0:1
Qol: Kanut, 34.
Matçın 88-ci dəqiqəsində “Karpatı”nın üzvü Çeçer qırmızı vərəqə alıb.
| 1 | PSJ |
3 | 2 | 1 | 0 | 4-1 | 7 |
| 2 | "Sevilya" |
3 | 2 | 0 | 1 | 2-1 | 6 |
| 3 | "Borussiya" |
3 | 1 | 1 | 1 | 5-5 | 4 |
| 4 | "Karpatı" |
3 | 0 | 0 | 3 | 3-7 | 0 |
K qrupu
“Utrext” (Hollandiya) – “Styaua” (Rumıniya) – 1:1
Qollar: Duplan, 60 – Sxut, 75-öz qapısına.
“Napoli” (İtaliya) - “Liverpul” (İngiltərə) – 0:0
| 1 | "Liverpul" |
3 | 1 | 2 | 0 | 4-1 | 5 |
| 2 | "Napoli" |
3 | 0 | 3 | 0 | 3-3 | 3 |
| 3 | "Utrext" |
3 | 0 | 3 | 0 | 1-1 | 3 |
| 4 | "Styaua" |
3 | 0 | 2 | 1 | 5-8 | 2 |
L qrupu
“Beşiktaş” (Türkiyə) - “Porto” (Portuqaliya) – 1:3
Qollar: Bobo, 90+2 - Falkao, 26. Hulk, 59; 77.
Matçın 43-cü və 88-ci dəqiqəsində “Porto”nun futbolçuları, müvafiq olaraq Maykon və Fernando qırmızı vərəqə alıb.
ÇSKA (Sofiya, Bolqarıstan) - “Rapid” (Avstriya) – 0:2
Qollar: Hesselink, 28. Hofmann, 32.
| 1 | "Porto" |
3 | 3 | 0 | 0 | 7-1 | 9 |
| 2 | "Beşiktaş" |
3 | 2 | 0 | 1 | 4-4 | 6 |
| 3 | "Rapid" |
3 | 1 | 0 | 2 | 3-5 | 3 |
| 4 | ÇSKA |
3 | 0 | 0 | 3 | 0-4 | 0 |
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama