Danimarka millisinin hücumçusu Türkiyə klubunda

Danimarka millisinin hücumçusu Türkiyə klubunda
XƏBƏR 25 İyul 2021 / 11:50 3819
-  A +

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçularla gücləndirib.

Qol.az xəbər verir ki, Superliqa təmsilçisi müdafiəçi Sakıb Aytaç ilə danimarkalı hücumçu Nikolay Yorgenseni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Son olaraq "Dənizlispor”da çıxış edən Sakıb Aytaç əvvəllər “Yeni Malatyaspor”, “Kayserispor”, “Antalyaspor” kimi klublarda da oynayıb.

Nikolay Yorgensen isə Niderlandın “Feyenoord” klubundan transfer olunub. Danimarka millisinin 30 yaşlı hücumçusu yığmada 41 oyuna 9 qol vurub.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə