“Sabah” yeni rəqibini açıqladı

“Sabah” yeni rəqibini açıqladı
XƏBƏR 24 İyul 2021 / 09:53 788
-  A +

Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” daha bir yoxlama oyununda qüvvəsini sınayacaq.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda “Telavi” klubu ilə üz-üzə gələcək. Gürcüstan yüksək liqa təmsilçisi ilə matç iyulun 26-da, saat 19:00-da “Zestafoni” təlim-məşq bazasının stadionunda olacaq.

Qeyd edək ki, “Sabah” Tbilisi toplanışında daha öncə “Şukura” (1:0) və “Samqurali” (0:1) klublarıyla qarşılaşıb. “Ağ-göylər” iyulun 28-də Gürcüstanda sonuncu yoxlama oyununu yerli “Saburtalo” komandasına qarşı keçirəcək.


Son xəbərlər