"Çelsi" Levandovski ilə danışıq aparır

"Çelsi" Levandovski ilə danışıq aparır
DÜNYA FUTBOLU 21 İyul 2021 / 16:20 1905
-  A +

"Bavariya"nın futbolçusu Robert Levandovski "Çelsi"yə keçə bilər.

Qol.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

"Zadəganlar"ın polşalı hücumçunun agenti Pini Zaxavi ilə danışıq apardığı bildirilir. Levandovski üçün "Çelsi"nin edəcəyi təklifin maraqlı olduğu qeyd olunub. Forvard bundan əvvəlki açıqlamasında təkliflərə açıq olduğunu demişdi.

Qeyd edək ki, Levandovskinin Münhen klubu ilə 2023-cü ilə qədər müqaviləsi var.

Son xəbərlər