Şəhriyar Dünya kubokunda mübarizəni dayandırdı

Şəhriyar Dünya kubokunda mübarizəni dayandırdı
XƏBƏR 20 İyul 2021 / 19:10 597
-  A +

Bu gün Soçidə təşkil olunan Dünya Şahmat Kubokunda üçüncü turun tay-brekləri keçirilib.

Qol.az xəbər verir ki, Hayk Martirosyanla (Ermənistan) qarşılaşan şahmatçımız Şəhriyar Məmmədyarov  ilk oyunda məğlub olub. İkinci görüşdə heç-heçə edən qrossmeysterimiz 1/32 finalda turnirlə vidalaşıb.

Qeyd edək ki, dördüncü tura şahmatçılarımızdan yalnız Vasif Durarbəyli çıxıb.

Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Nicat Abasov daha əvvəl mübarizəni dayandırıb.

Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner