"Yuventus" Demirala qiymət qoydu

"Yuventus" Demirala qiymət qoydu
XƏBƏR 20 İyul 2021 / 16:55 4136
-  A +

"Yuventus" futbolçusu Merih Demiralın transfer dəyərini müəyyənləşdirib.

Qol.az goal.com-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçini heyətinə qatmaq istəyən klublar 40 milyon avro ödəməli olacaqlar. Lakin Demiralın Turin təmsilçisindən gedib-getməyəcəyinə baş məşqçi Massimiliano Alleqri qərar verəcək. Türkiyə millisinin üzvü ilə "Roma" və "Atalanta" da yaxından maraqlanır.

Qeyd edək ki, Demiral "Yuventus"a 2019-cu ildə 18 milyon avro qarşılığında "Sassuolo"dan keçib.

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner