"Real"ın futbolçusu daha 2 il "Milan"da

"Real"ın futbolçusu daha 2 il "Milan"da
XƏBƏR 19 İyul 2021 / 20:57 2609
-  A +

"Real"ın icarə əsasında "Milan"da çıxış edən futbolçusu Braim Dias İtaliya təmsilçisində oynamağa davam edəcək.

Qol.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçinin daha 2 il icarə əsasında "Milan"da çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, Dias ötən mövsümü də "Milan"da keçirib. O, bu müddət ərzində 39 matçda 7 qol vurub və 4 qolun ötürməsini verib.

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner