"Keşlə"nin rəqibindən növbəti qələbə

"Keşlə"nin rəqibindən növbəti qələbə
XƏBƏR 18 İyul 2021 / 15:54 1324
-  A +

"Keşlə"nin Konfrans Liqasında rəqibi olan "Soçi" "Parimatç" turnirində son matçını keçirib.

Qol.az xəbər verir ki, Vladimir Fedotovun komandası "Rubin"i 3:1 hesabıyla nəğlub edib.

"Soçi"nin qollarını Danila Proxin (48), Maksim Barsov (50) və İvelin Popov (88) vurub. Komanda 59-cu dəqiqədə İbrahim Tsallaqov 2-ci sarı vərəqəyə görə meydandan çıxarıldığından azlıqda qalıb.

Beləliklə, turnirdə 2 qələbə, 1 məğlubiyyətlə 6 xalı olan "Keşlə"nin rəqibi turniri 2-ci yerdə başa vurub.

Qeyd edək ki, "Keşlə" "Soçi" ilə ilk oyununu iyulun 22-si səfərdə keçirəcək. Tərəflər arasında cavab matçı 1 həftə sonra Bakıda olacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner