"Donnarumma sözsüz "Qızıl top"u qazana bilər"

"Donnarumma sözsüz "Qızıl top"u qazana bilər"
XƏBƏR 18 İyul 2021 / 14:46 1970
-  A +

“Parma”nın qapıçısı Canluici Buffon İtaliya millisinin qolkiperi Canluici Donnarumma haqda danışıb.

Qol.az xəbər verir ki, 43 yaşlı qapıçı “Donnarumma bu mövsüm “Qızıl top”u qazana bilərmi”? sualını belə cavablandırıb:

“Məncə, o, “Qızıl top”u sözsüz qazana bilər. Oyun keyfiyyətinə və göstəricilərinə görə Donnarumma bu mükafat üçün mübarizə aparmalıdır.

18 yaşım olanda mənə dedilər ki, sən Yaşindən sonra dünyanın ikinci ən yaxşı qapıçısı ola bilərsən. Mən isə cavab verdim ki, niyə Yaşindən sonra ikinci? Kim deyir ki, mən dünyanən ən güclüsü ola bilmərəm?

Gənc olanda kiçik uğurla kifayətləməli deyilsən. Maksimuma can atmalısan. Cico bunu etməlidir”.

Qeyd edək ki, Donnarumma İtaliya millisi ilə Avro-2020-nin qalibi olub. O, turnirin ən yaxşı oyunçusu seçilib.

 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner