“Ayaks” qapıçısını Premyer Liqa klubuna satdı

“Ayaks” qapıçısını Premyer Liqa klubuna satdı
XƏBƏR 18 İyul 2021 / 13:45 2166
-  A +

İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Ayaks”ın qapıçısı Kyell Sxerpeni transfer edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı niderlandlı qolkiperlə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Kyell Sxerpen “Emmen” klubunun yetirməsidir. 2019-cu ildə “Ayaks”a transfer olunan futbolçu ötən mövsüm bu klubun əsas komandasında 4 oyuna çıxıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner