Dadaşovdan qol və məhsuldar ötürmə

Dadaşovdan qol və məhsuldar ötürmə
XƏBƏR 18 İyul 2021 / 10:55 2203
-  A +

ABŞ birinci liqasında 13-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” də növbəti matçına çıxıb.

Sözügedən komanda öz meydanında “Los Anceles Qalaksi 2” ilə qarşılaşıb. Oyun “Finiks Rayzinq”in böyükhesablı qələbəsi ilə başa çatıb – 5:0.

Start heyətdə meydana çıxan Dadaşov 73-cü dəqiqədə əvəzlənib. Komandasının 2-ci qolunun ötürməsini verən hücumçu növbəti qolu özü vurub. Bu, Dadaşovun yeni mövsümdə 3-cü qoludur.

Qeyd edək ki, hazırda 26 xalı olan “Finiks Rayzinq” Qərb Konfransında liderdir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner