Almaniya millisi oyunu yarımçıq tərk etdi - Qalmaqal

Almaniya millisi oyunu yarımçıq tərk etdi -  Qalmaqal
XƏBƏR 17 İyul 2021 / 16:05 5310
-  A +

Bu gün Almaniya və Hondurasın olimpiya komandaları olan U-23 milliləri arasında keçirilən yoldaşlıq oyunu yarımçıq qalıb.

Qol.az xəbər verir ki, matçın 85-ci dəqiqəsində - hesab 1:1 olarkən Almaniya millisi meydanı tərk edib.

Buna səbəb yığmanın müdafiəçisi Cordan Torunariqanın rəqib futbolçusu tərəfindən irqçiliyə məruz qalmasıdır. Bundan sonra Almaniya millisinin bütün üzvləri meydanı tərk edib.

Qeyd edək ki, Tokio-2020 Olimpiadasında Almaniya D qrupunda Braziliya, Fildişi Sahili və Səudiyyə Ərəbistanı milli komandaları ilə mübrizə aparacaq. Honduras B qrupunda Cənubi Koreya, Yeni Zelandiya və Rumıniya yığmaları ilə oynayacaq. Olimpidada futbol oyunları iyulun 22-dən başlayır.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner