“Azərbaycan çempionatı ilə birləşməliyik” – Andrey Arşavin

“Azərbaycan çempionatı ilə birləşməliyik” – Andrey Arşavin
XƏBƏR 16 İyul 2021 / 17:34 9570
-  A +

Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin hesab edir ki, ölkəsinin Premyer Liqası (RPL) bir neçə digər liqalarla birləşməlidir.

Qol.az xəbər verir ki, o, champinat.com saytına müsahibəsində deyib ki, bununla RPL-in gəliri də artar:

“Yeganə bir çıxış yolu var: Qazaxıstan, Azərbaycan və Belarus çempionatı ilə birləşmək. Bu, auditoriyanı genişləndirər. Azərbaycanın iki klubu (söhbət “Neftçi” və “Qarabağ”dan gedir – red.) bizim “Arsenal”la oyunlarda göstərdi ki, RPL-in ikinci səkkizliyindəki komandalardan zəif deyil. Hər birindən 2 komanda. Rusiyadan isə 12 komanda saxlayaq. Bu, gerçəkləşdirilə bilərmi? Bunu həll etməliyik”.

Arşavinin fikrincə, ən yaxşı variant Ukrayna liqası ilə birləşməkdir: “Amma bu, hazırkı siyasi vəziyyətdə mümkün deyil”.

Xatırladaq ki, 2019-cu ildə “Neftçi” Avroliqada “Arsenal”ı mübarizədən kənarlaşdırıb. Bu yaxınlarda isə “Qarabağ” Tula təmsilçisi ilə Avstriyadakı yoxlama oyununda qarşılaşıb və 0:1 hesabı ilə uduzub.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner