Bakıda, “Baku Bus”un sürücü təlim mərkəzində "Toyota Land Cruiser LC300"ün təqdimat mərasimi keçirilib.
Qol.az xəbər verir ki, media nümayəndələri və avtobloggerlərin iştirak etdiyi tədbiri "Toyota Caucasus" şirkətinin Azərbaycandakı nümayəndəliyinin direktoru Rəşad Saracov açıb.
Daha sonra şirkətin nümayəndəsi Sabir Kazımzadə tədbir iştirakçılarına yeni model haqda geniş məlumat verib.
O, çıxışında bildirib ki, “Toyota Land Cruiser LC300" GA-F platforması, yeni qoşa turbo V6 mühərrikləri, yeni 10 pilləli avtomatik transmissiya, yeni asqı sistemi və yeni xarici və daxili dizaynla hazırlanıb. Qeyd olunub ki, “Toyota” yeni LC300 ilə Keyfiyyət, Davamlılıq və Etibarlılıq (QDR) göstəricilərini daha da yaxşılaşdırır, yolsuzluq performansı, yoldakı gücü ilə getdikləri yolun şəraitindən asılı olmayaraq, sürücülərin rahat irəliləmələrini təmin edir: “Mühərriklər, transmissiya və platformanın hamısı yenidir. Həm yolda, həm də ən çətin yolsuzluq mühitində performans baxımından bir sıçrayış etmək üçün hazırlanıb. İnnovasiyalar və yaxşılaşdırmalar (buna birinci sinif texnologiyalar daxildir) Land Cruiser-in gücünü heç bir şəkildə azaltmadan, yolda və yolsuzluq şəraitində irəliləməni təhlükəsiz və etibarlı bir şəkildə təmin edəcək bir performansa çıxmağı hədəfləyir”.
Həmçinin bildirilib ki, yeni modelin satışı üçün başlanğıc tarix bu ilin iyul ayı nəzərdə tutulub.
Yeni LC300, sürücünü dərhal avtomobilin ətrafının və təkərlərin mövqeyini əhatə edən yol səthinin real vaxt görünüşü ilə təmin edən “3D Multi-Terrain Monitor” tətbiq edən ilk Toyota-dır. “Multi-Terrain Select” sistemi sürücüyə ən uyğun sürüş rejimini səthin keyfiyyətini avtomatik olaraq qiymətləndirərək təqdim edir.
Komplektasiyadan asılı olaraq model (3,5 litrlik V6 benzin və 3,3 litrlik V6 dizel) və ənənəvi V8-dən daha yaxşı olaraq üst-sinif performans və rahat idarə üçün hazırlanıb. Yanacaq sərfiyyatına və CO2 tullantılarının mövcud nəsil model ilə müqayisədə 10 faiz azalıb. 10 pilləli avtomatik transmissiya hər ikisində də mövcuddur.
70 ili əhatə edən nailiyyət mirası, 170 ölkə və regionda 10 milyondan çox satışı ilə Toyota Land Cruiser-in bir avtomobil əfsanəsi olduğu hər kəsin qəbul etdiyi bir faktdır. “İstənilən yerə gedəbilmə və sonra təhlükəsiz, sağlam geri gətirəbilmə” Toyota-nın qürurla təkrar etdiyi şüardır.
Land Cruiser (300 Seriyası), 2007-ci ildə LC200 buraxılışından sonra tanıdılan ilk yeni Land Cruiser SW modelidir, həm də yolsuzluq (SUV) seriyasının yeni flaqmanıdır. Ona gətirilən dəyişikliklərin keçmişdə bənzəri yoxdur.
Mühərriklər, transmissiya və platformanın hamısı yenidir: həmyolda həm də ən çətin yolsuzluq mühitində performans baxımından bir sıçrayış etmək üçün hazırlanmışdır. İnnovasiyalar və yaxşılaşdırmalar (buna birinci sinif texnologiyalar daxildir) Land Cruiser-in gücünü heç bir şəkildə azaltmadan, yolda və yolsuzluq şəraitində irəliləməni təhlükəsiz və etibarlı bir şəkildə təmin edəcək bir performansa çıxmağı hədəfləyir.
Toyota bu hədəfi nəzərə alaraq, ilk gövdədə-korpus vasitə üçün dizayn edilmiş yeni bir TNGA (“Toyota New Global Architecture”) platformasından birinci dəfə istifadə edir.GA-F platforması, fövqəladə yolsuzluq qabiliyyətini qoruyarkən, gövdənin sərtliyi, gücü və dinamik tarazlığı baxımından yeni faydalar gətirir və yolda da daha yaxşı performans göstərməyə kömək edir.Yeni texnologiyaların tətbiqi çəkinin azaldılması, avtomobilin ağırlıq mərkəzinin aşağı salınması, təhlükəsizliyin yaxşılaşdırılması və eksteryer iləinteryer üçün yeni dizaynların hazırlanmasına zəmin yaradır.
Korpus, çəkini azaltmaq və möhkəmliyi artırmaq üçün yenidən dizayn edilmişdir: ümumiyyətlə yeni Land Cruiser əvvəlkindən 200 kq yüngüldür. Yeni asqı sistemləri tətbiq olunub: performans sərt Dakar Ralli təcrübəsi olan və digər usta sürücülər tərəfindən son həddə qədər sınaqdan keçirilib. Məqsəd yalnız yüksək qabiliyyətli deyil, eyni zamanda sürücünün yolda və yolsuzluq şəraitində idarəsini asanlaşdıran bir SUV yaratmaq idi.
Avtomobilin konstruksiyasının özünəməxsus möhkəmliyindən və çətin şərtlərdə təhlükəsiz sürücülük üçün inkişaf etdirilmiş sistemlərindən tutmuş ikinci nəsil Toyota Safety Sense tərəfindən təmin edilən əlavə və təkmilləşdirilmiş aktiv təhlükəsizlik və sürücü yardım sistemlərinə qədər təhlükəsizlikdə əhəmiyyətli irəliləyişlər var. Qəza əleyhinə sistemin (“Pre-Collision System”) qəzadan qaçınmağa kömək etmə qabiliyyəti artırılıb. Yeni LC300, dayanacaqda yavaşca hərəkət edərkən və park yerində geri gedərkən, nəqliyyat vasitələrinə və piyadalara yaxınlaşarkən avtomobilin qarşısındakı və arxasındakı maneələri tanıyan yeni Park Dəstək Əyləci (“Parking Support Brake”) ilə təchiz edilib.
Tədbirin sonunda media nümayəndələri təqdim olunan yeni model avtomobili sürərək sınaqdan keçiriblər. İlk olaraq LC200 modeli, daha sonra isə LC300 modeli sınaqdan keçirilib. “Test drive” zamanı iki model arasındakı fərqlər aydın nəzərə çarpıb. Belə ki, avtomobilə əyləşən zaman yeni modelin rahatlığı dərhal hiss olunur. Mühərrikin gücü avtomobilin həm yerindən hərəkətə başlamasında, həm də döngələrdə özünü gözəl büruzə verir. Xüsusən döngələrdən sürətli keçidlərdə avtomobil öz müvazinətini ideal qoruyub saxlayır. Bütün bunlar yeni modeli əvvəlkindən fərqləndirən xüsusiyyətlər olaraq diqqət çəkir.
LC300 seriyasının yolsuzluq avtomobilinin “test drive” edilməsi isə tədbir iştirakçıları tərəfindən xüsusilə maraqla qarşılanıb. Avtomobil süni maneələrdən ibarət keçidlərdə rahatlıqla hərəkət edərək izləyicilərdə heyrət doğurub. Dağ yolunu yüksək elastika ilə keçməsi geniş marağa səbəb olub. Məsələn, avtomobilin ön hissəsi çuxura düşdüyü zaman onun arxa təkərləri havada qalmır, xüsusi funksiyalı amartizatorların vasitəsilə təkərlər endirilərək yerə toxundurulur. Eyni zamanda avtomobilin ön aşağı hissəsində quraşdırılan kamera vasitəsilə sürücü önünə çıxan maneələri salondakı monitordan rahatlıqla izləmək imkanı əldə edir.
Yuxarı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Fransa Belçikaya, Türkiyə İtaliyaya qarşı
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı