UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçlarından sonra statistik nəticələri açıqlayıb.
Qol.az xəbər verir ki, ən yaxşı göstəriciləri olan oyunçular arasında milli komandamızın hücumçusu Mahir Emreli də var. Varşavanın “Legiya” klubunun yeni transferi olan Emreli "Budyo-Qlimt"ə (Norveç) qarşı ÇL-in matçlarında uğurlu oyunu ilə diqqət çəkib. UEFA-nın hesabatında göstərilir ki, həmin görüşlərdə futbolçumuzun vurduğu 5 zərbə qapı çərçivəsinə gedib. Bu göstəricəyə görə, o, 2-ci sırada qərarlaşıb. İlk pilləni isə 6 zərbə ilə Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç tutur.
Mahirin çərçivəyə gedən 5 zərbəsindən 2-si qolla nəticələnib. M.Emreli həm də bombardirlər siyahısında yer alıb. O, 2 qolla 4-5-ci yerləri bölüşdürür (“Linkoln”lu De Barrla birgə). İlk üç yerdə qərarlaşan Ri Riski (HİK), E.Krasniçi (“Priştina”) və Uzuni (“Verensvaroş”) isə 3 qol vurub.
Qeyd edək ki, ümumi bombardirlər siyahısında hərəyə 2 qolla "Neftçi"dən Namiq Ələsgərov və Emin Mahmudov da yer alıb.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil