"Qarabağ" və "Sumqayıt"ın cavab oyunlarının hakimləri bəlli oldu

"Qarabağ" və "Sumqayıt"ın cavab oyunlarının hakimləri bəlli oldu
XƏBƏR 15 İyul 2021 / 11:39 1483
-  A +

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Aşdod" (İsrail) - "Qarabağ" və "Sumqayıt" - "Çukariçki (Serbiya) cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 29-u oynanılacaq Ağdam klubunun matçını Serbiya Futbol Federasiyasından  Novak Simoviç idarə edəcək. Ona həmyerliləri Nikola Coroviç və Miloş Simoviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Aleksandar Jivkoviç yerinə yetirəcək.

Eyni gündə keçiriləcək "Sumqayıt"ın "Çukariçki" ilə görüşünün isə baş hakimi Danimarka Futbol Federasiyasından Yorgen Burxardt olacaq. Yan xətt hakimləri Lars Hummelqard və Nils Hög, dördüncü hakim isə Sandi Putrosdur.

Qeyd edək ki, "Sumqayıt"ın oyunu saat 20:00-da, "Qarabağ"ın qarşılaşması isə 21:00-da başlayacaq.

Əlavə edək ki, Konfrans Liuqasındakı digər təmsilçimiz "Keşlə"nin "Soçi" ilə cavab matçı üçün hələlik hakim təyinatları açıqlanmayıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner