Mahir Emrelidən ÇL-də qol ötürməsi- Yenilənib

Mahir Emrelidən  ÇL-də qol ötürməsi- Yenilənib
XƏBƏR 14 İyul 2021 / 22:46 8995
-  A +

"Legiya"da çıxış edən millimizin futbolçusu Mahir Emreli  Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində hazırda davam edən "Budyo-Qlimt"lə cavab oyununda qol ötürməsi verib.

Qol.az xəbər verir ki, o, komanda yoldaşı Luquinhasın 40-cı dəqiqədə  vurduğu qolun ötürməsinin müəllifi olub.

M. Emreli 83-cü dəqiqədə onunla rəqabətdə olan Tomas Pekhartla əvəzlənib. Məhz Pekhart 90+5-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub.

Qeyd edək ki, sözügedən qarşılaşma Legiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

***
"Legiya"nın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Budyo-Qlimt"lə cavab oyunu üçün start heyəti müəyyənləşib.

Qol.az xəbər verir ki, millimizin üzvü Mahir Emreli də ilk 11-likdə yer alıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Legiya" - "Budyo Qlimt" görüşü Bakı vaxt ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Polşa təmsilçisi 3:2 hesabı ilə qalib gəlib və M.Emreli dubl edib.

Xatırladaq ki, birinci oyunda da M.Emreli start heyətdə yer almışdı.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner