"Adana Demirspor"un yeni transferi Mario Balotelli kluba keçidi haqqında danışıb.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Superliqa təmsilçisinə transfer olunduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib:
"Buraya gəldiyim üçün çox xoşbəxtəm. Transfer proesesi yaxşı keçdi. Komandanın düşərgəsinə yeni qatılmışam. Hazırda bütün futbolçuları tanımağa çalışıram. Yaxşı bir komandaya sahib olduğumuzu düşünürəm".
30 yaşlı hücumçu "Adana Demirspor"un prezidenti ilə eyni xarakterdə olduqlarını deyib:
"Bu təklif haqqında əvvəlcə menecerim mənə məlumat verdi. Sonra klub prezidenti ilə görüşdük. Daha əvvəl də bir çox Türkiyə klubundan təklif almışdım. Lakin bu klubun prezidenti ilə görüşəndən sonra onunla eyni xarakterdə olduğumuzu anladım. Normal halda hədəflərimi və planlarımı kiminləsə paylaşmıram, özümdə saxlayıram. Amma demək lazımdırsa, Superliqada qalıcı olmaq və yaxşı bir mövsüm keçirmək istəyirik".
İtaliyalı oyunçu onu dəli adlandıranlara da cavab verməyi unutmayıb:
"Bunu bildirmək istəyirəm ki, mən özümü normal insan olaraq görürəm. Bu dəli damğası mənə qəzetlər və media orqanları tərəfindən qoyulub. Onlar futbolçuların əsgər kimi davranmasını istəyirlər. Amma mən əylənməyi sevirəm. Futbolun kənarına çıxıram. Azarkeşlərə də bunu demək istəyirəm ki, mən normal bir adamam, amma qalib gəlməyi çox sevirəm".
Qeyd edək ki, Balotelli karyerası ərzində "Marsel", "Milan", "Mançester Siti", "Liverpul", "İnter" kimi komandalarda da çıxış edib.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil