Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.
Qol.az xəbər verir ki, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Elmir Əliyev ilk mərhələdə ukraynalı rəqibinə qalib gəlib. Polşa güləşçisini çətinlik çəkmədən üstələyən Əliyev 1/4 finalda rusiyalı idmançıyla bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Elmir iyulun 3-də təsəlliverici görüşə çıxıb. Bolqarıstan pəhləvanıyla gərgin mübarizə güləşçimizin minimalhesablı məğlubiyyətilə nəticələnib.
Qurban Qurbanov debütdə Moldova təmsilçisindən güclü olub. Həmyerlimiz daha sonra İtaliya idmançısını tam üstünlüklə sıradan çıxarıb. Türkiyədən olan rəqibinə də vaxtından əvvəl qalib gələn Qurbanov yarımfinala yüksəlib. Finalın bir addımlığında Bolqarıstan güləşçisindən güclü olan Qurban iyulun 3-də baş tutan həlledici görüşdə gürcü həmkarına uduzaraq gümüş medalla kifayətlənib.
Elcan Məmmədov startda finlandiyalı həmkarına uduzub.
Laçın Vəliyev təsnifat mərhələsində Hollandiya, daha sonra isə Almaniya güləşçisini yolundan kənarlaşdırıb. Lakin 1/4 finalda macar güləşçi keçilməz olub.
Sərxan Məmmədov yarışa Gürcüstan pəhləvanı üzərində qazandığı qələbəylə başlayıb. Ancaq 1/4 finalda Yunanıstan idmançısına məğlub olub.
55 kq
Təsnifat: Elmir Əliyev - Vasili Mişaniç (Ukrayna) 10:5
1/8 final: Elmir Əliyev - Mateuş Ropiak (Polşa) 8:0
1/4 final: Elmir Əliyev - Pavel Belkin (Rusiya) 2:9
Təsəlliverici görüş: Elmir Əliyev - Denis Demirov (Bolqarıstan) 11:12
63 kq
Təsnifat: Qurban Qurbanov - Korneliu Rusu (Moldova) 8:5
1/8 final: Qurban Qurbanov - Andrea Setti (İtaliya) 10:0
1/4 final: Qurban Qurbanov - Azat Sarıyar (Türkiyə) 9:0
1/2 final: Qurban Qurbanov - İliya Mustakov (Bolqarıstan) 7:0
Final: Qurban Qurbanov - Dieqo Çixikvadze (Gürcüstan) 1:8
77 kq
1/8 final: Elcan Məmmədov - Conni Sarkkinen (Finlandiya) 4:6
87 kq
Təsnifat: Laçın Vəliyev - Tirone Sterkenburq (Hollandiya) 3:1
1/8 final: Laçın Vəliyev - Lukas Lazogianis (Almaniya) 3:2
1/4 final: Laçın Vəliyev - Patrik Mezey (Macarıstan) 0:4
130 kq
Təsnifat: Sərxan Məmmədov - Mate Qokadze (Gürcüstan) 5:2
1/4 final: Sərxan Məmmədov - Nikolaos Ntunias (Yunanıstan) 4:13
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə