“Neftçi”nin yetirməsi İsmayıl Zülfüqarlı klubun rəsmi saytına müsahibə verib. Son mövsümü və yeni mövsümə hazırlığı dəyərləndirən 20 yaşlı yarımmüdafiəçi azarkeşlərin stadiona qayıdıb komandamıza dəstək olmasını ən azı onlar qədər gözlədiyini deyib:
- İsmayıl, “Neftçi” kimi köklü, həm də ölkədə ən titullu klubun yetirməsi olmaq nə deməkdir?
- “Neftçi” adının özü elə böyük motivasiyadır. Bu klubun yetirməsi olmaq böyük və qürurlu hissdir. Bundan əlavə, öz üzərində çalışmaq və böyük hədəflər deməkdir.
- Son mövsüm əsas komandanın Premyer Liqa çempionluğu ilə yanaşı, “Neftçi-2”nin I Divizionun qalibi olmasına da çox sevindik. Əvəzedicilərin heyətində meydana çıxdığın 9 oyunda 6 qol və 4 məhsuldar ötürmə müəllifi kimi bu çempionluqda sənin də əməyin böyükdür. Öz oyunun baxımından mövsümü necə dəyərləndirirsən?
- Əsas komanda ilə yanaşı, “Neftçi-2” ilə də çempion oldum. Çox gözəl və şərəfli hissdir. Düzdür “Neftçi-2”nin heyətində daha çox oyunda meydana çıxdım. Komandaya maksimum faydalı olmağa çalışdım. Əgər çempion olmuşuqsa, bunda mənim də payım varsa, deməli, mənim üçün uğuru mövsüm olub.
- 2019/2020 mövsümündə əsas komandanın heyətində 5 matçda forma geyindin və hətta Moldovanın “Sperantsa” klubu ilə oyunda qol da vurdun, amma 2020/2021 mövsümündə daha az – 2 oyunda şans qazandın. Ötən mövsüm sağ cinahda oynamış Ömər Buludov, Fəhmin Muradbəyli, həmçinin “Domjale” ilə oyunda həmin cihanda gördüyümüz yeni transfer Harramiz Suares kimi futbolçularla rəqabər aparmaq asan olmayacaq...
- Doğrudur, əsas komandadakı ilk mövsümümdə daha çox oynadım və məni tarixə salan qola imza atdım. Bu mövsüm isə meydanda daha az oldum. Ömər, Fəhmin, yeni transfer Harramiz – bu adlar mənə daha çox çalışmaq üçün əsas verir. Rəqabətin olması gözəldir, bunsuz inkişaf olmaz. Yeni mövsüm heyətdəki yerimi möhkəmlədib, komandamızın gücünə güc qatmağa çalışacağam.
- 21 yaşadək futbolçulardan ibarət yığma komandadan ilk dəfə olaraq əsas milliyə dəvət aldın. Nə hisslər keçirirdin?
- Bu mövsüm mənim üçün həqiqətən də çox uğurlu alındı. Çempionluqlar, əvvəlcə U-21, daha sonra isə əsas milliyə dəvət almaq. Milli komanda üçün oynamaq çox gözəl hissdir. Mən bunu U-17, U-19 və U-21-də yaşadım. Əsas millidə olmaq isə tam başqa bir hissdir. Bir futbolçunun karyerasında milli komandaya dəvət almaqdan, orada oynamaqdan gözəl hiss ola bilməz. İnşallah, milliyə daima dəvət almaq və orada oynamaq üçün çalışacağam.- Yeni mövsümə hazırlıq necə gedir?- Hər şey yaxşıdır. Komandada olan atmosfer yüksək səviyyədədir. Yeni gələnlər də tez adaptasiya oldular. Fiziki və taktiki məşqlər edirik. Hər şeyin daha da yaxşı olacağına inanıram.
- Toplanış çərçivəsində keçirdiyimiz oyunlarda, xüsusilə “Olimpya” ilə matçda fəal idin. Necə düşünürsən, rəsmi oyunlarda da baş məşqçi Samir Abasovun qurduğu heyətə düşə biləcəksən?
- Çox sağ olsunlar, məşqşilərimiz inanır və şans verirlər. Əlimdən gələnin ən yaxşısını eləməyə çalışacağam.- “Neftçi”nin bu mövsüm Çempionlar Liqasında, ümumiyyətlə avrokuboklardakı çıxışından nə gözləyirsən?- Bütün oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq. Düşünürəm ki, həm avrokuboklarda, həm də Premyer Liqada bizim üçün uğurlu mövsüm olacaq.
- Bu arada, 80 nömrəni 21-ə dəyişməyinin səbəbini bilmək olar?
- 21 mənim sevimli və uğurlu rəqəmimdir. Bundan əlavə, şəxsi həyatımla da əlaqəlidir.
- Pandemiya səbəbindən oyunlar hələ ki azarkeşsiz keçirilir. Yəqin ki, sən də fanatların stadiona gəlib komandamızı tribunalarda dəstəkləyəcəyi günü gözləyirsən...
- Uşaqlığımdan indiyədək həmişə “Neftçi” azarkeşlərinin komandaya dəstəyini görmüşəm. Onlar bizim üçün 12-ci oyunçudur. Fanatlarımızın stadiona qayıdıb bizə dəstək olmasını ən azı onlar qədər mən də gözləyirəm. İnşallah, tezliklə görüşərik.
DÇ tarixində ən gənc çempionlar kimlər olub?
"Qalatasaray" 2 futbolçusu ilə sağollaşdı
"Liverpul"un ən məhsuldar oyunçusu sıradan çıxdı
"Əl-Əhli" heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Real"dan darmadağınlı qələbə
"Karlos güclü oyunçudur, onunla sağollaşmağı düşünmürük"
İngiltərədə 14 matç təxirə salındı
"Levante" uzun illərin məğlubiyyət seriyasına son qoydu
Superliqa klubu baş məşqçisi ilə yollarını ayırdı
Mahir Emreli qayıtdı, klubundan təbrik aldı - Şəkillər
Karvahal yaşıl meydanlara geri döndü
A seriyasında gərgin anlar: 3 qırmızı vərəqə, 2 qol
Messi "Liverpul"a keçir?
"Qalatasaray"ın Uqarte xəyalları suya düşdü
“Sumqayıt” futbolçusu ilə yollarını ayırdı - Rəsmi
1-ci liqada ötən ayın ən baxımlı 5 qolu - Video
"Çelsi" azarkeşləri etiraz aksiyasına hazırlaşır
252 gün sonra gələn qələbə
"Barselona"dan Avropa rekordu
"Fənərbaxça" iki tanınmış futbolçu üçün danışıq aparır
Mareska niyə 14 milyon funtluq kompensasiyadan imtina edib?
5-ci dəfə Superkuboku qazandılar
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Borussiya" Kurasao millisinin üzvünü satdı
"Barselona"nın derbi qələbəsi - Video
“Qarabağ”ın rəqibi daha bir hücumçu aldı
"Yuventus" öz meydanında xal itirdi - Video
"Qəbələ"nin rəqibləri bəlli oldu
"Fənərbaxça" Musabanı transfer etdi - Rəsmi
Haalanddan geri qalmır, rekordları alt-üst edir
“Qarabağ”ın rəqibləri müəyyənləşdi
9 ildən sonra klubdan gedir
İngiltərə klubu misirli futbolçu üçün hərəkətə keçdi
"Bavariya" yeni hücumçu transfer etdi
"Çelsi"nin baş məşqçi namizədi açıqlama verdi
Premyer Liqada ən çox qol epizodu ona məxsusdur
Mehmet Aurelio baş məşqçi təyin edildi
“Qarabağ” qış hazırlıqlarına start verdi - Şəkillər
Makqinn dubl etdi, "Aston Villa" inamlı qələbə qazandı
Ötən əsrin ən yaxşı məşqçisi vəfat etdi
"Mançester Yunayted"in ən fərqli oyunçusu seçildi
"Fənərbaxça" Lukman üçün hərəkətə keçdi