"Ronaldo 5-10 il əvvəl etdiklərini bacarmaz" - Del Pyero

"Ronaldo 5-10 il əvvəl etdiklərini bacarmaz" -  Del Pyero
DÜNYA FUTBOLU 10 İyun 2021 / 19:34 4230
-  A +

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Alessandro Del Pyero Turin klubunun hücumçusu Kriştiano Ronaldonun hazırkı performansından danışıb.

Qol.az xəbər verir ki, keçmiş hücumçu "Football Italia"ya açıqlamasında portuqaliyalı futbolçunun əvvəlki kimi çıxış etmədiyini bildirib:

"Düşünürəm ki, Ronaldo karyerasının elə bir mərhələsinə qədər qoyub ki, 5-10 il bundan əvvəl etdiklərini indi bacarmaz. Ancaq hələ də yüksək potensialı var. Buna uyğunlaşmalıdır.

Ronaldo baş məşqçisi Alleqri ilə danışmalı və yola birlikdə davam edib-etməyəcəklərinə qərar verilməlidir".

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı