Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliç “Avro-2020”nin iştirakçısı olan Türkiyə komandası barədə fikirlərini bildirib.
Qol.az xəbər verir ki, o, “Fanatik” qəzetinə müsahibəsində “ay-ulduzlular” haqda müsbət fikirlər səsləndirib. Biliç deyib: “Türkiyənin qrupu barədə fikir söyləmək istəmirəm. Hər qrup və və matç çox önəmlidir. Türkiyənin oyunçuları həqiqətən böyük futbolçulardır. Əksəriyyəti xaricdə çıxış edir. Eyni zamanda gənc futbolçuları var. Heyətdə Burakla yanaşı Çağlar, Ozan Kabak, Merih Demiral, Hakan Çalhanoğlu, Zeki Çelik ve Okay Yokuşlu kimi önəmli futbolçular yer alıb".
Biliç bildirib ki, hazırkı Türkiyə millisinə qarşı oynamaq əvvəlkilərlə müqayisədə daha çətindir: “Komandaya Şenol Günəş kimi çox təcrübəli məşqçi rəhbərlik edir. Qarşımda enerjisi və motivasiyası yüksək, uğura ac olan və onu qazanmağa köklənən bir komanda görürəm. Türkiyədəki futbol iqliminə bələd biri kimi qeyd edim ki, insanlar tez-tez bu komandanı 2002-ci ildəkinə bənzədirlər”.
"Burak əsl idmançıdır"
Onun sözlərinə görə, hazırkı millidə böyük klublarda oynayan daha çox oyunçu yer alıb: “Lester”də Çağlar, “Liverpul”da Ozan, “Milan”da Hakan, çempion olan “Lill”də Burak, Zeki və Yusuf kimi adlar var. Türkiyəyə qarşı məşqçi və futbolçu kimi bir neçə dəfə rəqib olmuşam. Mənim vaxtımda “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”da oynayanlar Türkiyə millisində rahatlıqla start heyətə düşürdü. Ancaq indi belə bir şey yoxdur. Üç böyük klubda oynasalar da, milliyə düşmək kimi təminatları yoxdur”.
S.Biliç 35 yaşlı Burak Yılmaz barədə də müsbət sözlər deyib: “Daha əvvəl Atiba Xatçinson barədə dediyim əfsanə, əsl idmançı və nümunəvi peşəkar sözləri Burak Yılmaza da aiddir. O istəsə idi Türkiyədə rahat bir həyatı seçər və yaxşı pul qazanardı. Ancaq əksini etdi, Fransada “Lill” klubuna keçdi. Karyerasında bir çox çempionluğa baxmayaraq, oradakı gənc futbolçularla birincilik savaşına girdi, PSJ kimi nəhəngin çıxış etdiyi liqada tarixi uğurun memarlarından oldu. Burak da Atiba kimi əsl idmançıdır. Bəzən 20 yaşındakı futbolçuların oyuna olan aclığı yoxa çıxır. Burak Yılmaz isə bu məsələdə mükəmməl bir örnəkdir. 35 yaşda olmasına baxmayaraq, hələ də çox istəklidir. İnanıram ki, “Avro-2020”də ölkəsi üçün mühüm işlər görəcək”.
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”
“Şamaxı” ilk yoxlama matçına çıxdı
"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi
"Liqa mərhələsi barədə danışmaq hələ tezdir" - Dambrauskas
"KuPS-u məğlub edəcək gücdəyik" - "Sabah"ın futbolçusu
“Karvan-Yevlax” qapıçı transfer etdi
İnfantino çempionlara üzük hədiyyə etdi - Video
“Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
“İmişli”də yeni məşqçi təyinatı
"Şəfa"nın yeni transferi
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
Çempionluq medalını anasına verdi - Video
"Zirə" onunla 5 illik müqavilə bağladı
DÇ-2026-nın rəmzi komandası
Prezident İlham Əliyevdən İspaniyaya təbrik
"Sabah"ın 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşdi
Keyn: "Yas içindəyik, amma Tuxelə etibar edirik”
"Turan Tovuz" üçün yeni rəqib
"Sabah"ın rəqibi Bakıdadır - Video
Mundiallar tarixində yeni rekord - 6,8 milyon...
Skaloni Argentina millisindəki gələcəyi haqda
Yamal Messini qucaqladı - Finaldan fotolar
Dünyada ilk!
Yamal dünya futbolu tarixinə düşdü
İspaniya liderliyə yüksəldi, Almaniya "10-luğ"u tərk etdi
İspaniyanın çempionluğu - Video
Mundialın ən yaxşı futbolçusu açıqlandı
Finalın "1 nömrə"si
Simon mundialın ən yaxşı qapıçısı seçildi
“Qızıl buts”u o qazandı
İspaniya ikinci dəfə dünya çempionu oldu
Messi dünya çempionatlarının tarixinə düşdü
Dünya futbolunda ilkə imza atdı
Afrika Çempionlar Liqasında komandaların sayı artırıla bilər
Yamalın atası finalı stadiondan izləməyəcək