Azərbaycanın iki sərbəst güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək idmançılar arasında Avropa çempionatının finalına yüksəlib.
Qol.az xəbər verir ki, Orxan Abasov (86 kq) əvvəlcə İsrail, daha sonra isə Ukrayna güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Almaniya təmsilçisindən də güclü olan Abasov adını finala yazdırıb. Güləşçimizin rəqibi Amanula Rasulov (Rusiya) olacaq.
Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan Osman Nurməhəmmədov qitə birinciliyinə inamlı qələbə ilə start verib. Yerli idmançını vaxtından əvvəl xalçadan məyus yola salan O.Nurməhəmmədov Rusiya təmsilçisini də minimal hesabla üstələyib və yarımfinala vəsiqə qazanıb. Yığmamızın üzvü Belarus güləşçisini də məğlub edərək finala adlayıb. Həlledici mərhələdə güləşçimiz Erhan Yaylacı (Türkiyə) ilə üz-üzə gələcək.
Vahid Qalayev səkkizdəbir finalda Gürcüstan, dörddəbir finalda isə Ermənistan güləşçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında türk rəqibinə minimal fərqlə uduzub. İdmançımız bürünc medal uğrunda görüşdə Paris Karepi (Almaniya) / Georgi İvanov . Ba(Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, medallar uğrunda görüşlər Bakı vaxtı ilə saat 20:00-da mübarizəyə start veriləcək.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə