Qadın güləşçilərimiz günü medalsız başa vurdu

Qadın güləşçilərimiz günü medalsız başa vurdu
GÜLƏŞ 23 Aprel 2021 / 21:56 1458
-  A +

Azərbaycanın iki qadın güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Qol.az xəbər verir ki, 53 kq-da mübarizə aparan Tatyana Varansova Yuliya Leorda (Moldova) ilə üz-üzə gəlib və 0:10 hesabı ilə uduzub. 65 kq-da çıxış edən İrina Netreba isə Krişta İnçeyə (Rumıniya) 3:4 hesabı ilə məğlub olaraq, bürünc medal şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Mariya Stadnik (50 kq) Avropa çempionu olub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

topaz banner