İrlandiyanın paytaxtı Dublin Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılıb.
Qol.az Polşanın Polsat Sport nəşrinə istinadən xəbər verir ki, Dublində keçirilməli olan Polşa - Slovakiya (14 iyun) və Slovakiya - İsveç (23 iyun) görüşləri Rusiyanın Sankt-Peterburq şəhərində olacaq. Sankt-Peterburqun təşkilat komitəsinin UEFA-nın bu qərarına hazır olduğu bildirilirb. Aprelin 23-də bununla bağlı rəsmi açıqlama veriləcəyi vurğulanıb.
Beləliklə, Rusiya şəhərində ümumilikdə 5 oyun keçiriləcək.
Dublinin azarkeş təminatı vermədiyi üçün UEFA bu qərara gəlib. Eyni səbəbdən bundan əvvəl İspaniyanın Bilbao şəhərinin də Avro-2020-yə ev sahibliyi etməyəcəyi dəqiqləşib.
Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. UEFA-ya azarkeşlərlə bağlı təminat verən Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi