“Bu çəki mənim üçün yenidir. Bundan əvvəl 65 kq-da çıxış edərək, nəticə vermişəm. Avropa çempionatı kimi nüfuzlu yarışda iştirak etmək məsuliyyətimi daha da artırdı".
Qol.az xəbər verir ki, bu sözləri Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında gümüş medal əldə edən Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov federasiyanın rəsmi saytına açıqlamasında deyib.
70 kq çəki dərəcəsində çıxış edən idmançı yarışdan əvvəl yüksək səviyyədə təlim-məşq toplanışı keçdiklərini söyləyib: "Göygöldə fiziki hazırlıq üzrə yaxşı məşqlər keçdik. Ona görə də yarışda fiziki cəhətdən çətinlik çəkmədim. Rəqiblərimə gəlincə, adətən, onları yarışdan bir gün əvvəl analiz edirəm. Qarşılaşdıqlarım nəticə vermiş güləşçilər idilər. Böyük Britaniyadan olan rəqibim daha öncə bürünc medal uğrunda güləşmiş, dəfələrlə nüfuzlu yarışlarda iştirak etmişdi. Türk Haydar Yavuz sonuncu Avropa üçüncüsü idi. Fərdi Dünya Kubokunda da gümüş medal qazanmışdı. Onunla görüş gərgin mübarizə şəraitində keçdi. Ancaq yaxşı fiziki hazırlıq keçməyim bu qarşılaşmada mənə çox kömək oldu. Yarımfinalda üz-üzə gəldiyim ukraynalı idmançını 23 yaşadək güləşçilərin dünya çempionatından tanıyır, onun necə güləşdiyini bilirdim. Bu səbəbdən, rahat qələbə qazandım".
Bayramov finalda məğlubiyyətinin əsas səbəbini 70 kq-da yarış təcrübəsinin az olması ilə əlaqələndirib: "Son saniyələrdə yaranmış vəziyyətdə ayağımı rəqibin əllərindən qoparıb, onun arxasına keçə bilsəydim, Avropa çempionu olacaqdım. Ancaq eyb etməz. Bu nəticə motivasiyamı daha da artırır. Özümü Avropa çempionu olmuş kimi hiss edirəm”.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi