"Qalatasaray"ın transfer siyahısı bəlli olub.
Qol.az "Sabah"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yeni mövsüm üçün transfer siyahısında 7 futbolçu var.
Bildirilib ki, "Cim-Bom" "Kasımpaşa" ilə müqaviləsini uzatmayan Aytaç Kara ilə artıq razılığa gəlib. 28 yaşlı yarımmüdafiəçi yeni mövsümdən "Qalatasaray"da çıxış edəcək.
Fatih Terimin baş məşqçisi olduğu komanda "Leyptsiq"in 5 milyon avroya istədiyi Marselo Saraççi ilə vidalaşacaq. Klub "Kristal Pelas"la müqaviləsi bitəcək müdafiəçi Van Aanholta ilinə 1 milyon 750 min avro qazanacağı 3 illik müqavilə təklif edib. "Alanyaspor"dan Salih Uçan və "Fortuna"dan (Düsseldorf)Kenan Karaman da "Cim-Bom"un gündəmindədir. İstanbul təmsilçisi milli komandann müdafiəçiləri Kaan Ayhan və Alpaslan Öztürklə maraqlanır. "Qalatasaray" eyni zamanda Türkiyə millisinin gənclər komandasının üzvü, "Keçiörengücü"nün futbolçusu Barış Alper Yılmazı da transfer etmək istəyir.
Klub futbolçuları Markao, Luyindama, Arda Turan və Emre Akbaba ilə yeni müqavilə imzalamağı planlaşdırır.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı