Buffon cəzalandırıldı

Buffon cəzalandırıldı
DÜNYA FUTBOLU 30 Mart 2021 / 19:14 1743
-  A +

“Yuventus”un qapıçısı Canluici Buffon İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

Qol.az “Football Italia”ya istinadən xəbər verir ki, 43 yaşlı qolkiper A seriyasının 13-cü turunda “Parma” ilə görüşdə söyüş işlətməsinə görə 1 oyunluq cəzaya məruz qalıb. Bundan başqa, Buffon 5 min avro cərimələnib.

Beləliklə, təcrübəli qolkiper növbəti turda “Torino” ilə keçiriləcək matçı buraxacaq.

Son xəbərlər