"Mançester Siti"dən Aquero qərarı - Rəsmi

"Mançester Siti"dən Aquero qərarı -  Rəsmi
DÜNYA FUTBOLU 30 Mart 2021 / 00:11 3643
-  A +

"Mançester Siti"nin hücumçusu Serxio Aquero mövsümün sonunda komandadan ayrılacaq.

Qol.az klubun Tvitter səhifəsinə istinadən xəbər verir ki, argentinalı futbolçunun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək. Futbolçu özü də Tvitter səhifəsində bunu açıqlayıb.  

Qeyd edək ki, 32 yaşlı forvard 2011-ci ildən "şəhərlilər"də çıxış edir. O, bu müddətdə komanda ilə 4 dəfə Premyer Liqanın qalibi olub. "Siti"də 384 matçda 257 qol vuran oyunçu klub tarixinin bombardiridir. 

Əlavə edək ki, Aqueronun yayda "Barselona"ya keçəcəyi haqda xəbərlər yayılıb.

Son xəbərlər