Bordinin Moldovasına 8 qol vurdular - Əliyarın idarə etdiyi oyunda

Bordinin Moldovasına 8 qol vurdular -  Əliyarın idarə etdiyi oyunda
DÜNYA FUTBOLU 28 Mart 2021 / 21:50 4819
-  A +

DÇ-2022-nin seçmə mərhələsində 2-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, bir qədər əvvəl başa çatan görüşdə Danimarka evdə Moldovanı darmadağın edib. Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda "Neftçi"nin sabiq çalışdırıcısı Roberto Bordinin baş məşqçisi olduğu qonaqlar qapısından 8 cavabsız qol buraxıb.

Bu görüşdə Moldova millisinin qapısını "Keşlə"də çıxış edən Stanislav Namaşko "qoruyub".

Qeyd edək ki, hazırda Danimarka 6 xalla qrup lideri, Moldova isə 1 xalla 5-cidir.

Son xəbərlər