"Ronaldonun hərəkəti qəbulolunmazdır" - Millinin sabiq oyunçusu

"Ronaldonun hərəkəti qəbulolunmazdır" -  Millinin sabiq oyunçusu
DÜNYA FUTBOLU 28 Mart 2021 / 20:45 7922
-  A +

Kriştiano Ronaldonun DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunda (2:2) hakimin qərarına etiraz olaraq kapitanlıq sarğısını yerə atması ölkəsi Portuqaliyada birmənalı qarşılanmayıb.

Qol.az xəbər verir ki, Portuqaliya millisinin keçmiş üzvü Fernandu Meyra da “Rekord”a açıqlamasında kapitanı tənqid edib. 2000-2008-ci illərdə millidə çıxış etmiş keçmiş müdafiəçi Ronaldonun bu hərəkətinin yolverilməz olduğunu bildirib:

“Ronaldo təmiz qolu qeydə alınmadı deyə milli komandanın kapitanlıq sarğısını yere atıb, paltardəyişmə otağına gedə bilmzə. Bu qədər önəmli bir adam bunu etməməlidir. Etdiyi hərəkət əsla qəbulolunmazdır”.

Xatırladaq ki, Ronaldo millimizin yer aldığı A qrupunda oynanılan görüşün 90+3-cü dəqiqəsində topu rəqib qapısından keçirsə də, hakim bunu qeydə almayıb. 36 yaşlı futbolçu isə yan xətt hakiminə sərt şəkildə etirazına görə sarı vərəqə alıb  və meydanı final fitindən əvvəl tərk edib. Bu zaman isə qolundakı kapitanlıq sarğısını açaraq yerə çırpıb.

Son xəbərlər
31.05.24  12:58

"Roma"dan gedir