Fransa millisinin tarixinə düşdü

Fransa millisinin tarixinə düşdü
DÜNYA FUTBOLU 28 Mart 2021 / 20:00 2881
-  A +

Fransa millisinin üzvü Antuan Qrizmann yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, “Barselona”nın hücumçusunun rekordu DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstanla səfər oyununda qeydə alınıb. O, 2:0 hesabı ilə qalib gəldikləri görüşün start heyətində meydana çıxıb. Bununla da Qrizmann millidə ardıcıl 45-ci matçında oyuna ilk 11-likdə başlayıb.

Buna qədər isə sözügedən rekord yığmanın keçmiş yarımmüdafiəçisi Patrik Vieyraya məxsus idi.

Qeyd edək ki, Qrizmann millidə ümumilikdə 88 oyuna çıxıb və 34 qol vurub.

Son xəbərlər
02.01.26  10:50

Bekker 100-ə çatdı