"Yunayted"dən "Atletiko"nun futbolçusu üçün 80 milyon avro

"Yunayted"dən "Atletiko"nun futbolçusu üçün 80 milyon avro
DÜNYA FUTBOLU 26 Mart 2021 / 18:15 2350
-  A +

"Atletiko"nun futbolçusu Markos Llorente yayda klubunu dəyişə bilər.

Qol.az "AS"a istinadən xəbər verir ki, "Mançester Yunayted" 26 yaşlı yarımümdafiəçi ilə maraqlanır. İngiltərə klubu artıq Llorente üçün Madrid təmsilçisinə 80 milyon avro təklif edib.

Qeyd edək ki, ispan futbolçunun klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin iyunu başa çatır. O, bu mövsüm meydana çıxdığı 36 matçda 10 qol vurub, 9 qolun ötürməsini verib.


Son xəbərlər