"Borussiya" Haalandın qiymətini artırdı

"Borussiya" Haalandın qiymətini artırdı
DÜNYA FUTBOLU 26 Mart 2021 / 17:51 3117
-  A +

"Borussiya" futbolçusu Erlinq Haalandın qiymətini artırıb.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, Dortmund təmsilçisi bir çox klubun maraqlandığı norveçli hücumçu üçün 180 milyon avro istəyir.

Qeyd edək ki, 20 yaşlı oyunçunun klubu ilə müqaviləsi 2024-cü ilin iyunu başa çatır. Onunla "Mançester Yunayted", "Mançester Siti", "Çelsi", "Real", "Barselona" və "Bavariya"nın maraqlandığı iddia olunur.


Son xəbərlər