"Fiorentina"da yeni baş məşqçi

"Fiorentina"da yeni baş məşqçi
DÜNYA FUTBOLU 24 Mart 2021 / 11:45 1180
-  A +

İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Cüzeppe Yakini çalışdıracaq. O, bu gün komandanı məşqə çıxaracaq. Yakini ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

İtaliyalı mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Çezare Prandellini əvəzləyib.

Qeyd edək ki, Yakini daha əvvəl də - 2019-cu ilin yayından 2020-ci ilin noyabrınadək "Fiorentina"nı çalışdırıb. "Fiorentina" hazırda  A seriyasında 28 turdan sonra 29 xalla 14-cü pillədə qərarlaşıb.

Son xəbərlər