"Arsenal"ın sabiq müdafiəçisi "İnter Mayami"də

"Arsenal"ın sabiq müdafiəçisi "İnter Mayami"də
DÜNYA FUTBOLU 24 Mart 2021 / 11:22 1595
-  A +

"Vest Bromviç"in futbolçusu Kiran Qibbs yayda klubunu dəyişəcək.

Qol.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "İnter Mayami" ilə 2023-cü ilin yayına kimi müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb. O, iyulun 1-i ABŞ təmsilçisinə azad agent kimi qatılacaq.

Qeyd edək ki,  Qibbs 2007-2017-ci illərdə "Arsenal"da çıxış edib. O, London təmsilçisində 200-dən çox oyuna çıxıb.


Son xəbərlər